Tamstore

Əmlak məsələləri üzrə mütəxəssis

Tamstore
Ə/h razılaşma ilə
232
Tam iş günü
Bakı, Azərbaycan
04/09/2026 - 18/09/2026

İş haqqında məlumat

  • Standartlara uyğun mağaza yerlərinin aşkarlanması (yetərli yaşayış, insan hərəkətliyi və mövcud marketimizdən fərqli yer olması);
  • Rəqib fəaliyyətin araşdırılması (marketin sahəsi və cəbhəsi, kreditə işləməsi);
  • Mağaza yerinin rəhbərliyə təqdim edilməsi;
  • Sahibkarla görüşüb təklif verilməsi;
  • Sahibkara ilkin müqavilə şərtlərimizin izah olunması və sənədlərinə baxılması (3 faz və vergi kodu).

Tələblər

  • Analitik düşünmə və bazar araşdırması aparmaq bacarığı;
  • Danışıqlar aparma və effektiv ünsiyyət bacarığı;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Operativ qərarvermə, məsuliyyətlilik və nəticəyönümlülük;
  • Bənzər sahələrdə minimum 1 il iş təcrübəsi;
  • Ezamiyyətlərə açıq olmaq;
  • Avtomobilin olması mütləqdir.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Ərazi.

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına korporativ nömrə.