Bakı,
Azərbaycan
06/05/2026
-
20/05/2026
İş haqqında məlumat
Azroksan istehsal və inteqrasiya proseslərində ölçmə və yoxlama işlərini yerinə yetirə bilən, diqqətli və məsuliyyətli Energetik Müayinə Texniki axtarır. Namizəd məhsulların texniki tələblərə uyğunluğunu yoxlamalı və gündəlik keyfiyyət nəzarəti proseslərində aktiv iştirak etməlidir.
Əsas vəzifə və öhdəliklər
- Məhsullar üzrə ölçü, vizual, mexaniki və elektrik yoxlamalarını həyata keçirmək
- Yoxlama nəticələrini sənədləşdirmək və uyğunluq proseslərinə dəstək vermək
- Uyğunsuz məhsulların müəyyənləşdirilməsi və izlənməsində iştirak etmək
- Ölçmə və sınaq avadanlıqlarından düzgün istifadə etmək və kalibrlənməsinə nəzarət etmək
- İstehsal və inteqrasiya komandaları ilə koordinasiyalı işləmək
- MSA və digər keyfiyyət nəzarəti fəaliyyətlərində iştirak etmək
- Proseslərin təkmilləşdirilməsi və 5S kimi fəaliyyətlərə dəstək vermək
Tələblər
- Kimya, Metallurgiya, Mexanika və ya Materialşünaslıqla bağlı ali təhsil
- Ölçmə və ya keyfiyyət nəzarəti sahəsində təcrübə üstünlükdür
- Texniki cihazlarla işləmə bacarığı
- Diqqətlilik və məsuliyyətlilik
- Komanda ilə işləmə bacarığı
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.