Sea Breeze Resort & Residences

Energetik və Elektrik mühəndisi

Sea Breeze Resort & Residences
Ə/h razılaşma ilə
321
Tam iş günü
Bakı, Azərbaycan
13/11/2025 - 13/12/2025

İş haqqında məlumat

  • Təsərrüfatda mövcud olan 35 kV-a qədər elektrik avadanlıqlarının düzgün istismarını, texniki baxımını və enerjinin qənaətli istifadəsini təmin etmək;
  • Elektrik avadanlıqları və enerji sərfiyyatı üzrə uçot və təhlil aparmaq, texniki-iqtisadi göstəricilərə nəzarət etmək;
  • Profilaktik və əsaslı təmir planlarını hazırlamaq və icrasına nəzarət etmək;
  • Elektrik qəzalarının qarşısının alınması və aradan qaldırılması üzrə tədbirləri təşkil etmək;
  • Elektrik enerjisi təminatçıları ilə danışıqlar və rəsmi yazışmalar aparmaq;
  • Ehtiyat hissələri və materialların tələbatını müəyyən edərək enerji təsərrüfatının fasiləsiz işini təmin etmək;
  • Elektrik avadanlıqlarının istismarında texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
  • Yaşayış kompleksləri və inzibati binalarda yüksək keyfiyyətli və təhlükəsiz enerji təminatını qorumaq, ümumi brend standartlarına uyğun texniki səviyyəni saxlamaq;
  • Müvafiq yaşayış obyektlərində gündəlik əməliyyat proseslərini (enerji təchizatı, texniki xidmət, nasazlıqların aradan qaldırılması və s.) nəzarətdə saxlamaq;
  • Enerji təsərrüfatının maliyyə göstəricilərinə, büdcəsinə və səmərəlilik indikatorlarına (KPI-lara) nəzarət etmək, dayanıqlı və qənaətli fəaliyyətin təmin olunmasına yönəltmək;
  • Enerji və texniki xidmət komandalarını idarə etmək, onların peşəkar inkişafını dəstəkləmək və xidmət mədəniyyətinə əsaslanan iş mühiti formalaşdırmaq;
  • Ekspluatasiya departamentinin rəhbəri ilə mütəmadi əlaqədə olmaq, texniki və enerji əməliyyatlarının nəticələri, sakin məmnuniyyəti, maliyyə göstəriciləri və bazar meylləri barədə müfəssəl hesabatlar təqdim etmək.

Müraciət qaydası:
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını mövzu hissəsində qeyd etməklə CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin.

Qeyd: Yalnız ilkin seçim mərhələsindən keçən namizədlərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət olunacaqlar.

Tələblər

  • Ali texniki təhsil (Energetika, Elektrik mühəndisliyi və ya Avtomatika ixtisası üzrə);
  • Energetika və ya sənaye müəssisələrində ən azı 10 il peşəkar iş təcrübəsi, o cümlədən rəhbər vəzifədə praktiki idarəetmə bacarığı;
  • Elektrik və enerji avadanlıqlarının istismarı, texniki təhlükəsizlik normaları, avtomatika sistemləri, kompressor və generatorların iş prinsipləri üzrə dərin bilik;
  • Enerji istehlakı və xərclərinin optimallaşdırılması, texniki nasazlıqların diaqnostikası və təhlili üzrə təcrübə;
  • Layihələrin planlaşdırılması, icrası və monitorinqi üzrə təşkilati bacarıqlara malik olmaq;
  • Komanda idarəçiliyi, daxili resursların planlaşdırılması və prioritetlərin müəyyənləşdirilməsi bacarığı;
  • Hesabatlılıq, büdcə planlaşdırması işləmək üzrə təcrübə üstünlük sayılır;
  • Azərbaycan dilində sərbəst, rus və ingilis dillərində işgüzar səviyyədə ünsiyyət bacarığı arzuolunandır.