Tamstore

Energetika bölmə rəhbəri

Tamstore
Ə/h razılaşma ilə
655
Tam iş günü
Bakı, Azərbaycan
04/03/2026 - 18/03/2026

İş haqqında məlumat

  • Müəssisənin enerji təchizatının təmin edilməsi;
  • Obyektlərin enerji təchizatının fasiləsiz təmin edilməsi üçün periodik olaraq bütün enerji təsərrüfatını yoxlaması və lazımi tədbirlərin görülməsinə qərar verilməsi;
  • Ofislərdə, mağazalarda və anbarlarda bütün birləşdiricilərin izolyasiya örtüyü ilə bağlamasına nəzarət edilməsi;
  • İşlək avadanlıqların istənilən vaxt ehtiyyat avadanlıqları ilə dəyişdirilməsinə qərar verilməsi;
  • Bütün obyektlərdə elektrik cihazlarının təhlükəsiz şəraitdə işləməsinə nəzarət edilməsi;
  • Bütün elektrik avadanlıqlarının texniki cəhətdən düzgün istismarı və təmiri, enerjinin qənaətlə sərfinə nəzarətin təşkil edilməsi;
  • Enerji təsərrüfatının istismarı üçün lazım olan ehtiyat hissələrinin əldə edilməsi;
  • Sifarişlərin və hesablamaların tərtibinin planlaşdırılması;
  • Enerji qurğularının davamlı və təhlükəsiz işinin təmin edilməsi;
  • Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarına, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasına nəzarətin təmin edilməsi;
  • Elektirik qurğularının, nəzarət-ölçü, elektrik cihazlarının təhlükəsiz istismarına, yeraltı qurğuların və kommunikasiyaların qorunması üzrə işlərin aparılmasına nəzarətin təmin edilməsi;
  • Təmir dövründə bütün işlək avadanlıqların işləyib-işləməməsinin yoxlanılması;
  • Elektrik avadanlıqlarının, həmçinin elektrik enerjisi sərfinin təhlilinin aparılması, qəzalar, onların statistikası və səbəblərinin araşdırılması və uçotunun təşkil edilməsi;
  • Enerji qurğularının daha gərgin şəraitdə işləməsi üzrə hazırlıq tədbirlərinin işlənməsi və onların yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Elektrik avadanlıqlarının təkmilləşdirilməsinə dair səmərələşdirici təkliflər verilməsi və qəbul edilmiş təkliflərin tətbiqinin təşkil edilməsi;

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46 D

Biz nə təklif edirik:

  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Şirkət hesabına nahar;
  • Şirkət hesabına korporativ nömrə.

Tələblər

  • Ali təhsil (Energetika, Elektroenergetika, Elektrik mühəndisliyi və ya müvafiq texniki ixtisas üzrə);
  • Energetika sahəsində minimum 2 il iş təcrübəsi;
  • Rəhbər vəzifədə minimum 1 il iş təcrübəsi;
  • Retail sahəsində iş təcrübəsi olması üstünlükdür.
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət olunmasına nəzarət edilməsi.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.