Xızı,
Azərbaycan
11.07.24
-
10.08.24
İş haqqında məlumat
- Enerji şəbəkəsində istismarda olan avadanlıqların dayanıqlı və keyfiyyətli işini, texniki göstəricilərin normalardan kənara çıxmamasını təmin edir;
- Şöbəyə daxil olmuş sifarişə uyğun olaraq yeni elektrik avadanlığını quraşdırır və digər enerji işlədici avadanlıqlara elektrik bağlantılarının verilməsini təşkil edir;
- İstismarda olan bütün elektrik qida sistemlərinin (stablizator, mexaniki və ya avtomatik elektrik çeviricilərinin (AVR), UPS, invertorlar) istismar və proflaktikasını təşkil və təmir edir;
- AC və DC Elektrik paylayıcı şitlər, müxtəlif en kəsikli AC və DC kabellərinin istismarı, proflaktikası, təmiri və yeni elektrik qoşulmalarını təmin edir;
- Müxtəlif tipli, texniki parametrə malik AC 380V/220V-DC48V düzləndiricilərin istismarını, profilaktikasını, təmirini, sifarişə uyğun olaraq yeni elektrik qoşulmaları və ya sökülmələrini təmin edir;
- Rabitə avadanlıqlarının soyutma sistemlərinin dayanıqlı istismarı və baxımını təşkil edir;
- Torpaqlanma sistemlərinin planlaması ilə əlaqədar təkliflərin verilməsi, sifarişə uyğun olaraq, yeni torpaqlanma sistemlərinin quraşdırma və sökülməsini təmin edir;
- Müxtəlif tip, texniki parametrə malik akkumulyatorların istismarını, proflaktikasını təşkil və təmir edir;
- Alternativ enerji mənbələri, generator istismarı, profilaktika işlərini təmin edir.
Tələblər
- Energetika və ya Rabitə və İnformasiya Texnologiyaları sahəsində Ali təhsilli;
- Energetika şəbəkələrinin istismarı sahəsində ən azı 3 (üç) il professional iş təcrübəsi olmalı;
- Enerji sistemləri şəbəkəsində istismarda olan avadanlıqların texniki xarakteristikalarını, elektrik, montaj, prinsipial və funksional sxemlərini, təyinatını və iş rejimlərini bilməli;
- Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri istifadə etməyi bacarmalı;
- Kompüter bilikləri üzrə: MS Office və Outlook proqramları üzrə sərbəst işləmə bacarığı olmalı;
- “Elektrik qurğularının qurulması qaydaları”, “Elektrik və istilik qurğularının texniki istismar qaydaları”, “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası qaydaları”nı bilməli;
- Əməyin mühafizəsi və yanğın təhlükəsizliyi üzrə qaydaları bilməli.
Elanın müddəti bitmişdir