Bakı,
Azərbaycan
06/02/2026
-
20/02/2026
İş haqqında məlumat
- Enerji istehlak edən qurğu və avadanlığa texniki xidmətin və enerji səmərəliliyinin monitorinqini aparmaq və təkliflər hazırlamaq;
- Təsərrüfat subyektində və ya qeyri-yaşayış binalarında enerji istehlakının monitorinqini aparmaq və hesabatlar hazırlamaq;
- Enerji istehlakının monitorinqinin həyata keçirilməsi üçün ölçmə vasitələrinin işlək vəziyyətdə olmasına nəzarət etmək, onların təmiri və ya yenisi ilə əvəz edilməsinə dair tədbirlər görmək;
- Enerji istehlak edən sistemlər, qurğular, avadanlıqlar üzrə tələb olunan modifikasiyaları həyata keçirmək və onların tətbiqini koordinasiya etmək;
- Enerji istehlakı vərdişlərinin dəyişdirilməsi üçün tədbirlər görmək və nəticədə enerji qənaətini təmin etmək;
- Enerji istehlakı nəticəsində yaranan tullantılardan istifadə ilə bağlı təkliflər vermək;
- Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı təsərrüfat subyektinin və qeyri-yaşayış binasının mülkiyyətçisinin işçi heyətinin təlimi üçün tədbirlər görmək;
- Bərpa olunan enerji mənbələrinin tətbiqi imkanlarını araşdırmaq və inkişaf etdirmək;
- Təsərrüfat subyektinə və qeyri-yaşayış binasının mülkiyyətçilərinə texniki və praktiki tövsiyələr vermək.
- Elektrik lövhələrində (panolarda) hər hansı bir nasazlığı araşdırıb tapmaq və aradan qaldırmaq
- İdarə olunan və olunmayan işıqlanma cihazlarını (lampaların) dəyişdirmək, tələb olunan halda təmir etmək;
Biz təklif edirik:
- 1000-1200 AZN xalis əməkhaqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
- Ödənişsiz dayanacaq yeri ilə təmin olunma
Tələblər
- Energetika və texniki sahələrdə ali təhsilə sahib olmaq
- Müvafiq ixtisas üzrə azı 3 (üç) il iş təcrübəsinə sahib olmaq
- Enerji auditi, enerji menecmenti və enerji effektivliyi sahələri üzrə sertifikatlara malik olmaq (üstünlükdür);
- Elektrik sistemləri, enerji istehlak edən qurğu və avadanlıqların iş prinsipləri üzrə texniki biliklərə sahib olmaq;
- Enerji istehlakının ölçülməsi, monitorinqi və təhlili üzrə praktiki təcrübəyə malik olmaq;
- Elektrik lövhələri (panolar), işıqlandırma və enerji paylanması sistemləri ilə işləmək bacarığı;
- Texniki sənədləri, sxemləri və hesabatları oxumaq və hazırlamaq bacarığı;
- Problemləri operativ şəkildə müəyyən etmək və effektiv həll yolları təklif etmək bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.