Bakı,
Azərbaycan
08/04/2026
-
22/04/2026
İş haqqında məlumat
- Enerji istehlak edən qurğu və avadanlığa texniki xidmətin və enerji səmərəliliyinin monitorinqini aparmaq və təkliflər hazırlamaq;
- Binalarda enerji istehlakının monitorinqini aparmaq və hesabatlar hazırlamaq;
- Enerji istehlakının monitorinqinin həyata keçirilməsi üçün ölçmə vasitələrinin işlək vəziyyətdə olmasına nəzarət etmək, onların təmiri və ya yenisi ilə əvəz edilməsinə dair tədbirlər görmək;
- Enerji istehlak edən sistemlər, qurğular, avadanlıqlar üzrə tələb olunan modifikasiyaları həyata keçirmək və onların tətbiqini koordinasiya etmək
- Enerji istehlakı vərdişlərinin dəyişdirilməsi üçün tədbirlər görmək və nəticədə enerji qənaətini təmin etmək;
- Enerji istehlakı nəticəsində yaranan tullantılardan istifadə ilə bağlı təkliflər vermək.
- Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi ilə bağlı təsərrüfat subyektinin işçi heyətinin təlimi üçün tədbirlər görmək
- Texniki və praktiki tövsiyələr vermək.
İş şəraiti:
- İş qrafiki: 5 günlük.
- Əmək haqqı: Razılaşma yolu ilə
- Ünvan: Çinar Park Biznes Mərkəzi (Nərimanov rayonu, Ziya Bünyadov prospekti 1965-ci məhəllə)
Tələblər
- Energetika və ya digər texniki sahələr üzrə ali təhsil.
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi.
- Analitik düşüncə və hesabat hazırlama bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.