Bakı,
Azərbaycan
10.10.2025 03:12
-
10.11.2025 12:00
İş haqqında məlumat
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) regionlarda epidemioloq vəzifəsinə peşəkar kadrları işə dəvət edir.
- Qida mənşəli xəstəliklər və zəhərlənmə hadisələri üzrə epidemioloji araşdırmaların aparılması;
- Epidemioloji məlumatların toplanması, emalı, təhlili və hesabatların hazırlanması;
- Qida mənşəli yoluxucu xəstəliklərin yayılma risklərinin qiymətləndirilməsi;
- Epidemioloji nəzarət və erkən xəbərdarlıq sistemlərinin, habelə qida mənşəli xəstəlik hallarının araşdırılması mexanizmlərinin təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması;
- Qida təhlükəsizliyi sahəsində epidemioloji risklərin idarə olunması ilə bağlı təlimat və tövsiyələrin hazırlamasında iştirak.
Əlavə məlumatlar:
- Aylıq məvacib 1300 azn.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Epidemioloq” qeyd edərək qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Tələblər
- Ali tibbi təhsil;
- Qida mənşəli xəstəliklər və zəhərlənmələr barədə məlumatlılıq;
- Epidemioloji nəzarət prinsipləri, xəstəliklərin yayılma dinamikası haqqında baza biliklər;
- Kompyuter, statistika və məlumat bazaları ilə işləmə bacarığı.