Avrora Qrup

Əsas vəsaitlər üzrə kiçik mütəxəssis

Ə/h razılaşma ilə
1613
Tam iş günü
Bakı, Azərbaycan
08.05.25 - 08.06.25

İş haqqında məlumat

  • Alınan əsas vəsaitlərin və onların ehtiyat hissələrinin uçotunun aparılması;
  • Uzunmüddətli investisiya qoyuluşları üzrə alınan mal və materialların, görülən xidmətlərin yoxlanılıb aidiyyəti büdcə maddələri üzrə uçotda əks etdirilməsi;
  • Təqdim olunan invosyların müqavilə şərtinə görə yoxlanılıb ödənişə təqdim edilməsi;
  • İdxal olunan əsas vəsaitlərin girişi edilməsi və aidiyyəti xərclərin idxal əsas vəsaitin üzərinə dağıdılması;
  • İdxal ehtiyat hissələrinin giriş edilməsi, xərclərin ehtiyat hissələrinin üzərinə dağıdılması;
  • İstifadəyə yararsız əsas vəsaitlərə baxış keçrilməsi, akt tərtib edilməsi və balansdan silinmə prosesinin təmin edilməsi;
  • İllik əsas vəsaitlərin inventarizasiyasının aparılması;
  • Təchizatçılarla yarımillik və illik üzləşmənin həyata keçirilməsi;
  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • Peşəkar komanda mühiti;
  • Təlim və inkişaf imkanları;
  • Nahar;
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş yeri: Aşıq Molla Cümə, 46C.
  • İş saatı: 09:00-18:00.

Tələblər

  • Təhsil: Ali (Maliyyə və mühasibatlıq sahəsində);
  • İş təcrübəsi: Müvafiq sahədə  1 il iş təcrübəsi;
  • MS Office proqramlarında (xüsusilə Excel) yaxşı səviyyədə işləmə bacarığı;
  • ACCA F3/FA sertifikatı olanlara üstünlük verilir;
  • Komandada işləmə bacarığı;
  • Stressə dözümlülük;
  • Vaxtın idarə edilməsi.