Synergy Partnership

Event Management Təcrübə Proqramı

Synergy Partnership
Ə/h razılaşma ilə
4251
Təcrübə
Bakı, Azərbaycan
11/03/2026 - 25/03/2026

İş haqqında məlumat

Synergy Partnership MMC — Azərbaycanda korporativ, ictimai və yaradıcı tədbirlərin təşkilində ixtisaslaşmış peşəkar event agentliyidir.

Hazırda şirkət Event Management sahəsində Təcrübə Proqramı elan edir. Məqsəd – gənc, enerjili və məsuliyyətli namizədləri sektora cəlb etmək, onların real layihələrdə iştirakını təmin etməkdir.

  • Tədbirlərin hazırlanması və icrasında komandanı dəstəkləmək
  • Layihə sənədlərinin, brif və təqdimatların hazırlanmasında iştirak
  • Təchizatçılar, məkan və texniki komanda ilə koordinasiya proseslərinə cəlb olunmaq
  • Tədbir günü əməliyyat dəstəyi (qonaq qarşılanması, logistika, backstage idarəçiliyi və s.)

Təklif olunur

  • Real layihələrdə praktiki təcrübə
  • Peşəkar event menecerlərlə birgə işləmək imkanı
  • Təcrübə müddətinin sonunda sertifikat
  • Uğurlu iştirakçılara tam vəzifəyə keçid imkanı

Proqram növü: Təcrübə (internship)

Müddət: 3 ay

Tələblər

  • Ali təhsil (davam edən və ya yeni məzun)
  • Yüksək kommunikasiya bacarığı və təşkilati düşüncə
  • Komanda ilə işləmə bacarığı, məsuliyyətli yanaşma
  • Azərbaycan dilində mükəmməl, ingilis dili biliyi arzuolunandır
  • Event, PR, kommunikasiya və ya layihə idarəçiliyi sahəsinə maraq

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar