SAT Group

Event manager

SAT Group
800 - 1000 ₼
2167
Tam iş günü
Bakı, Azərbaycan
21/01/2026 - 04/02/2026

İş haqqında məlumat

SAT Group ölkəmizin qabaqcıl təlim və konsaltinq şirkətlərindən biridir. Fəaliyyətə başladığı 2014-cü ildən indiyə kimi inşaat, bank, qida, pərakəndə, xidmət, reklam, turizm, tibb və başqa sektorlarda fəaliyyət göstərən 1500-dən artıq şirkətə satış, marketinq və ümumi idarəetmə istiqamətlərində uğurla biznes konsaltinqi və təlim xidmətləri həyata keçirmişdir. Şirkət olaraq əməkdaşlarımızın davamlı peşəkar inkişafını təmin etmək üçün təlim-inkişaf siyasəti qurulmuş və uğurla həyata keçirilməkdədir. Əməkdaşların rifahı bizim üçün daim prioritet işlərdən biridir. Burada sizi gənc, mehriban kollektiv gözləyir. 

  • Bütün event və pr tədbirlərinin təşkilatçılığını həyata keçirmək (Forum, Masterclass)
  • Teambuilding-lərin təşkil olunması və satışına dəstək
  • Kontent yaradılması (korporativ təlimlər, qrup təlimləri, akademiyalar, konsaltinq layihələrindən videolar çəkilməsi)

İş şəraiti:

  • Ünvan: Xocalı prospekti 55, AGA Center
  • Həftəlik iş qrafiki: 5 gün 
  • İş saatları: 10:00-19:00 
  • Tədbirlər olduğu zaman iş qrafiki dəyişir. Həftə sonu vəya axşamlar tədbirlər ola bilər. 
  • Əmək haqqı 800-1000 AZN (namizədin bacarıqlarından asılı olaraq dəyişilir). Əlavə olaraq təlimlərdə iştirak imkanı, mentor dəstəyi.

Tələblər

  • Təhsil tələbləri: Bakalavr
  • Staja dair tələb: 1 il

İxtisas səriştələri:

  • Təqdimetmə bacarığı
  • Səlis nitq qabiliyyəti 
  • Planlama bacarığı
  • kommunikasiya bacarığı
  • nəzarət etmə bacarığı
  • araşdırma bacarığı
  • layihə idarəetmə bacarığı
  • vaxtın idarəedilməsi bacarığı
  • Pozitiv enerjili olmalı
  • Kompüter biliklərinə dair tələblər:  MS Office proqramlarından istifadə qabiliyyəti – Yaxşı səviyyədə
  • Dil bilikləri: Azərbaycan dili – Əla

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.