Bakı,
Azərbaycan
05.08.2025 11:47
-
05.09.2025 12:00
İş haqqında məlumat
- Qadın namizədlərə üstünlük veriləcək;
- Növbə rəisinin və İstehsalat rəisinin göstərişi əsasında Əyirici sahəsinin avadanlıqlarının təmiri və baxımı işlərini qrafikə uyğun olaraq keyfiyyətlə yerinə yetirmək;
- Təmir işlərinin vaxtında aparılması üçün lazım olan alət, tərtibat və ehtiyyat hissələrinin hazır olmasını təmin etmək;
- Təmir işləri zamanı mal və materiallardan məqsədyönlü və qənaətli istifadə etmək;
- İş zamanı əməyin mühafizəsi, təhlükəsizlik və yanğından mühafizə qaydalarına əməl etmək;
- İsitmə/soyutma sisteminin rütubət, hərarət, sovurma kanallarını təmizləmək, filterlərini vaxtında dəyişdirmək;
- Avadanlığın mexaniki hissələrini, dişli çarxları, lentdüzən və kovadəyişən qurğuları, silindirlərin yastıqlarını yağlamaq;
- Avadanlığın daxili və xarici səthlərini və hərəkət mexanizmlərini hava şlankı və ya nəm əski ilə təmizləmək, valikli bəsləmə yaxınlaşdırıcısını, ölçü roliklərini, sıxma sterjenini, üst rolikləri və üst valikləri təmizləmək;
- Baş vermiş qəzaların (kəmər qırılması, tənzimləmənin pozulması, hər hansı bir mexanizmin sıradan çıxması) nəticələrini aradan qaldırmaq;
Müraciət qaydası:
- E-mail: [email protected]
- Əlaqə nömrəsi: 055 254 3452
- Əlaqədar şəxs: İnsan Resursları üzrə mütəxəssis - Samirə Kərimova
Tələblər
- Təhsil və təcrübə:
- Texniki və ya tam orta təhsil;
- Müvafiq sahə üzrə 1 il iş təcrübəsi.
- Əlavə məlumat:
- İş qrafiki: Çoxnövbəli;
- İş yeri: Bakı şəhəri; Heydər Əliyev pospekti 95;
- Nahar şirkət tərəfindən təmin edilir.