Bakı,
Azərbaycan
16/04/2026
-
30/04/2026
İş haqqında məlumat
- Tikinti sahəsində obyektlərin (facility) düzgün işləməsini təmin etmək, texniki və təsərrüfat işlərini idarə etmək, həmçinin insan resursları üzrə inzibati işləri aparmaq və işçi heyətinin sənədləşməsini və gündəlik idarə olunmasını təmin etmək.
Vəzifə öhdəlikləri
Facility (Təsərrüfat və sahə idarəetməsi)
- Tikinti sahəsinin ümumi təsərrüfat işlərinin təşkili və nəzarəti
- Elektrik, su, kanalizasiya, generator və digər sistemlərin işlək vəziyyətdə saxlanılması
- Təmir və texniki xidmət işlərinin koordinasiyası
- Sahənin (camp/obyekt) təmizlik və səliqə-sahmanına nəzarət
- Giriş-çıxış və ümumi qaydalara riayət olunmasına nəzarət
- Subpodratçı və servis şirkətləri ilə əlaqələrin idarə olunması
- Gündəlik sahə yoxlamalarının aparılması və problemlərin aradan qaldırılması
HR (İnsan resursları administrasiyası)
- İşçilərin qeydiyyatı və şəxsi işlərinin aparılması
- Gəlmə-getmə (attendance) və iş saatlarının izlənməsi
- İşçi qəbul prosesinə inzibati dəstək
- Məzuniyyət, ezamiyyət və digər HR prosedurlarının idarə edilməsi
- İşçi intizamı və daxili qaydalara nəzarət
- İşçi şikayət və müraciətlərinin qeydiyyatı və izlənməsi
Hesabat
- Gündəlik və həftəlik sahə vəziyyəti barədə rəhbərliyə hesabat vermək
- HR üzrə aylıq attendance və işçi məlumatlarını təqdim etmək
- Problem və risklər barədə vaxtında məlumat vermək
İş şəraiti
- İş yeri: Mərdəkan qəsəbəsi
- İş qrafiki: 6 günlük iş həftəsi, saat 08:00 – 17:00
- Sosial təminatlar: Nahar və servis ilə təmin olunur
- Əmək haqqı 700 – 1100 AZN (təcrübəyə görə dəyişir)
Tələblər
- Ali və ya orta ixtisas təhsili (İdarəetmə, HR, texniki sahə üstünlükdür)
- Tikinti sahəsində minimum 2 il təcrübə
- HR inzibati işlər üzrə bilik
- MS Office (xüsusilə Excel) biliyi
- Yaxşı təşkilatçılıq və problem həll etmə bacarığı
- Məsuliyyətli və operativ işləmə qabiliyyəti
- Azərbaycan dili sərbəst, rus və ya ingilis dili üstünlükdür
Şəxsi keyfiyyətlər
- Məsuliyyətlilik və diqqətlilik;
- Vaxtın düzgün idarə edilməsi;
- Operativ qərarvermə bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.