Avant Group

Fasad işləri üzrə mühəndis

Avant Group
2500 - 3000 ₼
353
Tam iş günü
Bakı, Azərbaycan
26/05/2026 - 09/06/2026

İş haqqında məlumat

  • Layihə üzrə fasad işlərinin planlaşdırılması, təşkili və icrasına ümumi nəzarətin həyata keçirilməsi
  • Fasad sistemləri üzrə shop drawing, IFC və digər texniki sənədlərin yoxlanılması və təsdiqi prosesində iştirak
  • Podratçı və subpodratçıların işlərinin koordinasiyası və nəzarətdə saxlanılması
  • İş qrafikinin hazırlanması və sahədə işlərin qrafikə uyğun icrasının təmin edilməsi
  • Materialların seçimi, sifarişi və sahəyə vaxtında çatdırılmasına nəzarət
  • Fasad işlərinin keyfiyyət standartlarına və texniki normativlərə uyğunluğunun təmin edilməsi
  • Sahədə texniki problemlərin operativ şəkildə həll edilməsi və alternativ həllərin təklif olunması
  • İşlərin gedişi ilə bağlı mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • Layihə üzrə digər bölmələrlə (memarlıq, konstruksiya, MEP və s.) koordinasiyanın təmin edilməsi
  • İş təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət
  • Təhvil-təslim (handover) mərhələsində iştirak və sənədləşmənin tamamlanmasının təmin edilməsi

Əlavə məlumat:

  • İş qrafiki: 6/1, 09:00-18:00
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək Haqqı: 2500-3000 AZN (NET)

Tələblər

  • Ali təhsil (İnşaat mühəndisliyi, memarlıq və ya müvafiq sahə üzrə)
  • Fasad sistemləri üzrə minimum 3-5 il iş təcrübəsi (şüşə fasadlar, alüminium sistemlər, ventilyasiya olunan fasadlar və s.)
  • Layihə sənədlərini (shop drawing, IFC, as-built) oxuma və analiz etmə bacarığı
  • Fasad işlərinin icrasına nəzarət, keyfiyyət və texniki standartların tətbiqi üzrə təcrübə
  • Podratçı və subpodratçılarla işin koordinasiyası bacarığı
  • Material və texniki həllərin seçimi üzrə biliklər
  • İş qrafikinin hazırlanması və icrasına nəzarət (MS Project və ya oxşar proqramlar üstünlükdür)
  • AutoCAD və digər mühəndis proqramlarında işləmək bacarığı
  • Texniki sənədlərin hazırlanması və hesabatların təqdim edilməsi bacarığı
  • Azərbaycan dili sərbəst, rus və ya ingilis dili biliyi üstünlükdür

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar