Naftalan,
Azərbaycan
18/03/2026
-
01/04/2026
İş haqqında məlumat
- Ofisiant heyətinə aydın və başa düşülən iş istiqaməti verməklə, qonaqlara keyfiyyətli xidmət göstərilməsini təmin etmək;
- Xidmət müddətində işin gedişatının səmərəliliyinə və xidmətlərin ardıcıllığına nəzarət etmək və davamlı praktiki dəstəyi göstərmək
- “Yeni Naftalan Hotel Company” MMC-nin Nağd Vəsaitlərlə bağlı Proseduralarının icra olunmasını təmin etmək üçün qastronomiyanın nağd vəsaitlərlə bağlı funksiyasına yaxından nəzarət etmək və yoxlamaq.
- İllik biznes planının hazırlanması ilə yanaşı İaşə şöbəsinin planlaşdırılan gəlir və xərclərini, istismar edilən avadanlıqlarını, habelə mebel, qurğular və avadanlıqlar üzrə tələblərin müəyyən edilməsi üçün illik əməliyyat büdcəsinin işlənib hazırlanmasında iştirak etmək.
- İaşə şöbəsinin müəyyən edilmiş ilkin layihəyə müvafiq olaraq effektiv şəkildə idarə edildiyini təmin etmək.
- “Yeni Naftalan Hotel Company” MMC-nin Qonaq Məmnunluğu və Şikayətlərə Baxılma Proseduralarına uyğunluğu təmin etmək üçün qonaq məmnunluğunu yoxlamaq və onun rəy və şikayətlərinə cavab vermək.
- Hər hansı şikayət, qonaqdan mənfi rəy, məmnunluq və ya otelin fəaliyyəti ilə bağlı rəhbərliyə məlumat vermək.
- Qonağın tanınmasında qonaqların məlumat bazasından istifadə etmək.
- Restoranların işi, o cümlədən Standart İş proseduralarının yenilənməsi və ya onlara hər hansı əlavələrin edilməsi və yaxud hər hansı hissələrin silinməsi ilə bağlı lazım olan təkmilləşmələrə dair rəhbərliyə təklif vermək.
- İşçilərin fəaliyyətinin qiymətləndirməsi, təlimləndirilməsi və onlara konsultasiya verilməsini mütəmadi olaraq aparmaq.
Şəhər: Nafalan, Azərbaycan
Tələblər
- Ali təhsil (otellər və turizm üzrə üstünlük).
- F&B əməliyyatları üzrə minimum 2-3 il təcrübə.
- PMS sistemləri və MS Office bilikləri.
- Yüksək səviyyədə ünsiyyət və liderlik bacarıqları.
- Problem həll etmə və sürətli qərar vermə qabiliyyəti.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.