Bakı,
Azərbaycan
16/06/2026
-
30/06/2026
İş haqqında məlumat
- Müəssisənin fəaliyyət istiqamətlərinə uyğun olaraq materialların, ehtiyat hissələrinin, avadanlıqların və digər yüklərin təyin olunmuş məntəqələr arasında təhlükəsiz şəkildə daşınmasını təmin etmək;
- Yükləmə və boşaltma proseslərində iştirak etmək, materialların düzgün yerləşdirilməsinə nəzarət etmək;
- Anbar, istehsalat, qaraj və digər aidiyyəti sahələrin səliqəli, təmiz və istifadəyə hazır vəziyyətdə saxlanılmasını təmin etmək;
- İş prosesinin fasiləsizliyini təmin etmək məqsədilə rəhbərlik tərəfindən verilən digər tapşırıqları vaxtında və keyfiyyətlə icra etmək;
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və daxili intizam qaydalarına ciddi riayət etmək.
İş şəraiti
- İş qrafiki: Həftənin 5 iş günü;
- İş saatları: 09:00 – 18:00;
- Əmək haqqı: Müsahibə nəticələrinə əsasən müəyyən edilir;
- İş yeri: Baku Bus MMC.
Tələblər
- Fiziki işlərin yerinə yetirilməsi bacarığı;
- Məsuliyyətlilik, intizamlılıq və tapşırıqların icrasında dəqiqlik;
- Komanda şəklində işləmək və əməkdaşlarla effektiv ünsiyyət qurmaq bacarığı;
- Təhlükəsizlik qaydalarına yüksək səviyyədə riayət etmək vərdişi;
- Tikinti, təmir, yükləmə-boşaltma və ya oxşar sahələrdə iş təcrübəsinin olması üstünlük hesab edilir.
Şəxsi keyfiyyətlər
- Operativlik və çeviklik;
- İşə məsuliyyətli yanaşma;
- Fiziki dözümlülük;
- Nəticəyönümlülük və əməksevərlik.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun