Bakı,
Azərbaycan
06/04/2026
-
20/04/2026
İş haqqında məlumat
- Tikinti sahəsində verilən tapşırıqların vaxtında və keyfiyyətli yerinə yetirilməsini təmin etmək.
- Tikinti materiallarının daşınması, yüklənməsi və boşaldılmasında iştirak etmək.
- Sahənin təmiz və səliqəli saxlanmasına nəzarət etmək.
- Ustaların və mühəndislərin göstərişlərinə uyğun olaraq köməkçi işləri yerinə yetirmək.
- Tikinti avadanlıqlarının və alətlərinin düzgün istifadəsini təmin etmək.
- İş prosesində təhlükəsizlik qaydalarına və əməyin mühafizəsi tələblərinə riayət etmək.
- Tikinti sahəsində istifadə olunan materialların qorunmasına və düzgün saxlanmasına kömək etmək.
- Zəruri hallarda müxtəlif fiziki işlərin yerinə yetirilməsində iştirak etmək.
Digər şərtlər
- Əmək haqqı: 600-900 Azn (Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir);
- İş qrafiki 6 günlük
- Ünvan: Ələsgər Qayıbov küçəsi, 10Q / STN BİZNES MƏRKƏZİ
Tələblər
- Tikinti sahəsində təhlükəsizlik qaydaları və əməyin mühafizəsi üzrə ilkin biliklərə malik olmalıdır.
- Tikinti materialları və onların istifadəsi haqqında ümumi anlayışa sahib olmalıdır.
- Tikinti alətləri və avadanlıqlarından düzgün istifadə qaydalarını bilməlidir.
- Daxili əmək intizam qaydalarına və istehsalat sanitariyası normalarına riayət etməlidir.
Tələblər
- Təhsil: Orta təhsil (peşə təhsili üstünlükdür)
- İş təcrübəsi: Tikinti sahəsində təcrübə arzuolunandır
- Fiziki cəhətdən sağlam və işə davamlı olmalıdır
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.