Bakı,
Azərbaycan
01.10.2025 11:15
-
01.11.2025 12:00
İş haqqında məlumat
- Fit-out layihəsinin ilkin planlaşdırılması, qrafiklərin hazırlanması və vaxtında yerinə yetirilməsinin təmin edilməsi;
- Texniki spesifikasiyalar və layihə çertyojlarının təhlili, icra planına uyğunluğunun təmin olunması;
- Layihə üzrə resursların düzgün bölüşdürülməsi (işçi qüvvəsi, materiallar və texnika);
- Təchizatçılar və subpodratçılarla əlaqələrin idarə olunması;
- Satınalma proseslərinin nəzarətdə saxlanması, materialların vaxtında və keyfiyyətli şəkildə təhvil alınması;
- İşlərin müqaviləyə uyğun aparılmasının təmin edilməsi;
- İşlərin texniki tələblərə və keyfiyyət standartlarına uyğunluğunun yoxlanılması;
- Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət;
- Layihə büdcəsinin hazırlanması və icrasına nəzarət;
- Xərclərin izlənməsi, optimallaşdırılması və hesabatların hazırlanması;
- Layihə ilə bağlı mütəmadi hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
- Komanda üzvləri, müştərilər və digər maraqlı tərəflərlə effektiv kommunikasiya qurmaq;
- İşlərin yoxlanılması və təhvil-təslim prosesinin təşkili;
- Açar təslim mərhələsində bütün sənədlərin, icazələrin və texniki yoxlamaların tamamlanması.
İş haqqında məlumat:
- Yaşayış yeri ilə təmin olunma ;
- Səyahət xərcləri şirkət hesabına;
- İş yeri-Qırğızıstan (İssık-Kul);
- Əmə haqqı musahibə əsasında təyin olunacaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində qeyd olunmuş elektron poçt ünvanına email-in mövzu hissəsində “Project Manager (Fit Out Work )” qeyd etməklə göndərə bilərlər.
Tələblər
- İnşaat mühəndisliyi, memarlıq və ya əlaqəli sahədə ali təhsil;
- Fit-out və interyer layihələrinin idarə olunmasında minimum 3-5 il təcrübə;
- Layihə idarəetmə proqramları ilə işləmə bacarığı (AutoCAD, MS Project, Primavera və s.);
- Liderlik, analitik düşünmə və problem həll etmə qabiliyyəti;
- Güclü təşkilatçılıq və vaxtın idarə olunması bacarığı;
- Rus və İngilis dillərində sərbəst ünsiyyət bacarığı.