Bestcomp Group

Fiziki təhlükəsizlik üzrə mühəndis

Bestcomp Group
Ə/h razılaşma ilə
1181
Tam iş günü
Bakı, Azərbaycan
28/09/2026 - 12/10/2026

İş haqqında məlumat

  • Fiziki təhlükəsizlik sistemlərinin fasiləsiz və düzgün işləməsinə nəzarət etmək;
  • CCTV, girişə nəzarət (ACS) ,Turniket ,Domofon və siqnalizasiya sistemlərində yaranan nasazlıqları müəyyənləşdirmək və aradan qaldırmaq;
  • Giriş kartları və giriş hüquqları ilə bağlı sorğuları icra etmək;
  • Sistemlərin quraşdırılması, yenilənməsi və yenidən qurulması işlərində iştirak etmək;
  • Görülən işlər və texniki problemlər üzrə qeydlər aparmaq.

Tələblər

  • Təhsil: İnformasiya texnologiyaları, telekommunikasiya, elektronika və ya əlaqəli sahə üzrə ali və ya orta ixtisas təhsili.
  • Təcrübə: CCTV, girişə nəzarət (ACS) ,Turniket ,Domofon və siqnalizasiya sistemlərinin quraşdırılması və ya texniki dəstəyi üzrə ən azı 1 il iş təcrübəsi.

Texniki bacarıqlar:

  • Təhlükəsizlik sistemləri üzrə biliklər: CCTV (videomüşahidə), ACS (Girişə nəzarət), Domofon, Turniket, Yanğın/Mühafizə siqnalizasiyası və digər sistemlərin qurulması və iş prinsiplərini bilmək;
  • Vendor təcrübəsi: Dahua, Hikvision, Hiwatch, ZKTeco kimi aparıcı brendlərin avadanlıqları və proqram təminatları (CMS/VMS) ilə işləmək;
  • Texniki dəstək: Sistemlərdə baş verən texniki nasazlıqları diaqnostika etmək və aradan qaldırmaq;
  • İstifadəçi idarəetməsi: Giriş kartlarının proqramlaşdırılması, istifadəçilərin sistemdə qeydiyyatı və giriş hüquqlarının tənzimlənməsi;
  • Şəbəkə bilikləri: IP ünvanlama, şəbəkə avadanlıqlarının sazlanması və IP şəbəkələri üzrə bazis biliklərə malik olmaq.

Səriştələr:

  • Problemləri təhlil etmək və həll yolu tapmaq; 
  • Məsuliyyətli və diqqətli olmaq; 
  • Texniki sorğulara operativ reaksiya vermək; 
  • Komandada işləmək və ünsiyyət qurmaq; 
  • İşləri planlaşdırmaq və prioritetləşdirmək.

Əmək haqqı: Müsahibə zamanı təyin olunacaq


Oxşar vakansiyalar