Bakı Metropoliteni

Fizioterapiya üzrə tibb bacısı

Bakı Metropoliteni
Ə/h razılaşma ilə
562
Tam iş günü
Bakı, Azərbaycan
04/03/2026 - 18/03/2026

İş haqqında məlumat

  • Namizəd həkim təyinatına əsasən fizioterapiya prosedurlarını həyata keçirəcək, fizioterapiya avadanlıqları ilə işləyəcək və metropoliten əməkdaşlarına keyfiyyətli tibbi xidmət göstərəcəkdir.

Sizi hansı öhdəliklər gözləyir?

  • Həkim təyinatına uyğun olaraq fizioterapiya prosedurlarının aparılması;
  • Fizioterapiya avadanlıqları ilə işləmək (prosedurların tətbiqi metodikalarını bilmək);
  • Maşinistlərə və digər xidmət sahələrinin əməkdaşlarına xidmət göstərilməsi;
  • Avadanlıqların saz vəziyyətdə saxlanılmasına nəzarət və istismar qaydalarına riayət olunması;
  • Tibbi sənədləşmənin aparılması;
  • Sanitariya-gigiyena normalarına və texniki təhlükəsizlik qaydalarına əməl edilməsi;
  • Mövsümi olaraq Bilgəh istirahət zonasına ezamiyyətlərdə iştirak. (Nəqliyyat – transfer təmin olunur.)

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti.

Tələblər

  • Cinsindən asılı olmayaraq, yaşı  25-50 arası olan namizədlər
  • Orta ixtisas tibbi təhsil;
  • Etibarlı (qüvvədə olan) sertifikatın mövcudluğu.  (Fizioterapiya üzrə sertifikat arzuolunandır.)
  • Fizioterapiya avadanlıqları və müalicə metodları üzrə biliklər;
  • Müvafiq sahədə 2 il iş təcrübəsi;
  • Məsuliyyətlilik və diqqətlilik;
  • Komandada işləmək bacarığı;
  • Stressə davamlılıq və intizamlılıq;
  • Azərbaycan dilini sərbəst bilmək (rus dili biliyi üstünlükdür).

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.