12 Inshaatchilar avenue, Baku 1100, Azerbaycan

Food & Beverage Manager

Mercure Hotels Baku City
Ə/h razılaşma ilə
445
Tam iş günü
Bakı, Azərbaycan
22/07/2026 - 05/08/2026

İş haqqında məlumat

  • Hotelin qida və içki (Food & Beverage) əməliyyatlarının effektiv idarə olunmasını təmin etmək;
  • Restoran, bar, banket və digər F&B bölmələrinin gündəlik fəaliyyətinə nəzarət etmək;
  • Xidmət keyfiyyətinin beynəlxalq və brend standartlarına uyğun təşkil edilməsini təmin etmək;
  • Menyu planlaşdırılmasında aşpaz komandası ilə əməkdaşlıq etmək və satışları artıracaq təkliflər vermək;
  • Satış hədəflərinin yerinə yetirilməsinə nəzarət etmək və gəlirliliyin artırılması üçün tədbirlər həyata keçirmək;
  • Büdcə, xərclər və inventar proseslərini izləmək, mütəmadi hesabatlar hazırlamaq;
  • İşçi heyətinin seçilməsi, təlimi, motivasiyası və performansının qiymətləndirilməsini həyata keçirmək;
  • Qonaq məmnuniyyətini təmin etmək, şikayət və təklifləri operativ şəkildə həll etmək;
  • Qida təhlükəsizliyi, gigiyena və əməyin mühafizəsi qaydalarına riayət olunmasına nəzarət etmək.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Tam ştat

İş şəraiti:

  • Rəsmi əmək müqaviləsi;
  • Peşəkar və dinamik kollektiv;
  • Karyera inkişafı imkanları;
  • Nahar təminatı;
  • Beynəlxalq hotel şəbəkəsində işləmək imkanı.

Tələblər

  • Food & Beverage sahəsində minimum 3 il, rəhbər vəzifədə isə ən azı 1 il iş təcrübəsi;
  • Hotelçilik, Turizm, Restoran idarəçiliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Azərbaycan və ingilis dillərini yaxşı səviyyədə bilmək (rus dili biliyi üstünlükdür);
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı (Micros və ya digər POS sistemləri üzrə bilik üstünlükdür);
  • Liderlik, təşkilatçılıq və komanda idarəetmə bacarığı;
  • Analitik düşüncə, məsuliyyətlilik və yüksək ünsiyyət bacarıqları;
  • Qonaq yönümlü yanaşma və operativ qərarvermə bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun