Bakı Metropoliteni
Ə/h razılaşma ilə
3341
Tam iş günü
Bakı, Azərbaycan
28/01/2026 - 11/02/2026

İş haqqında məlumat

Namizəd metal emalı üzrə frezerləmə işlərini texnoloji proseslərə və normativ tələblərə uyğun şəkildə yerinə yetirməli, frezer dəzgahlarının düzgün sazlanmasını və təhlükəsiz istismarını təmin etməli, emal olunan detalların ölçü-dəqiqliyinə və keyfiyyətinə nəzarət etməklə yanaşı, gündəlik əmək fəaliyyətini təsdiq olunmuş vəzifə təlimatına uyğun və yüksək məsuliyyətlə icra etməlidir.

Sizi hansı öhdəliklər gözləyir?

  • Metal detalların frezerləmə yolu ilə emalını texnoloji proseslərə və çertyoj tələblərinə uyğun yerinə yetirmək;
  • Frezer dəzgahlarını (şaquli, üfüqi və s.) işə hazırlamaq, sazlamaq və təhlükəsiz istismarını təmin etmək;
  • Kəsmə alətlərinin düzgün seçilməsi, quraşdırılması və istismarı;
  • Emal olunan detalların ölçü və keyfiyyət göstəricilərinə nəzarət etmək, ölçmə alətləri ilə yoxlama aparmaq;
  • Texniki sənədləri, çertyojları və texnoloji xəritələri oxumaq və onlara uyğun işləmək;
  • Dəzgahların gündəlik texniki baxışını aparmaq, aşkar olunan nasazlıqlar barədə vaxtında məlumat vermək;
  • Təsdiq olunmuş vəzifə təlimatına uyğun olaraq gündəlik iş fəaliyyətini icra etmək.
  • İş prosesində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət etmək;
  • Aşkar edilən texniki nasazlıqlar barədə vaxtında rəhbərliyə məlumat vermək.

Metropoliten Sizə nə təklif edir?

  • Sabit və etibarlı iş mühiti;
  • Peşəkar komandada inkişaf və karyera imkanları;
  • Metropolitendən ödənişsiz istifadə imkanı;
  • Güzəştli nahar təminatı;
  • Bilgəh Sağlamlıq Mərkəzi və əməkdaşlıq etdiyimiz sanatoriyalarda güzəştli istirahət imkanı;
  • Psixoloji dəstək xidməti.

Tələblər

  • Metal emalı, mexanika və ya müvafiq sahə üzrə peşə təhsili və ya ixtisas hazırlığı;
  • Frezerçi vəzifəsi üzrə praktiki iş təcrübəsi (üstünlükdür);
  • Frezer dəzgahlarının iş prinsiplərini və quruluşunu bilməli;
  • Texniki çertyojları oxumaq və ölçülərə uyğun işləmək bacarığı;
  • Ölçmə alətləri (şubler, mikrometr və s.) ilə işləmə bacarığı;
  • Kəsmə alətləri və emal texnologiyaları barədə biliklər;
  • Diqqətlilik, məsuliyyətlilik və texniki düşüncə;
  • Komandada işləmək və gərgin iş şəraitində operativ qərar vermək bacarığı
  • Gərgin iş şəraitində diqqətli və məsuliyyətli işləmək, operativ qərar vermək və komandada işləmək bacarığı olmalı.