Iris Hotel Baku

Front Office Manager

Iris Hotel Baku
Ə/h razılaşma ilə
214
Tam iş günü
Bakı, Azərbaycan
03.10.2025 04:26 - 03.11.2025 12:00

İş haqqında məlumat

  • Resepsiyon komandasının idarə olunması və onların gündəlik fəaliyyətinə nəzarət;
  • Qonaqların qarşılanması, qeydiyyatı və yerləşdirilməsi proseslərinin təşkili;
  • Gələn zənglərin və onlayn müraciətlərin cavablandırılması;
  • OTA sistemlərindən (Booking, Expedia və s.) gələn rezervasiyaların yoxlanması;
  • Qonaqların sorğu və şikayətlərinin operativ şəkildə həll olunması;
  • Front ofis hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;
  • Resepsiyon qrafikinin və iş bölgüsünün tənzimlənməsi;
  • Otelin müştəri məmnuniyyəti səviyyəsinin yüksəldilməsi.

İş şərtləri:

  • İş saatı: 09:00-17:00;
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Əmək haqqı – Əməkhaqqı: Müsahibə əsasında müəyyən ediləcək;
  • Nahar şirkət tərəfindən təmin edilir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına “Front Office Manager” başlığı ilə göndərə bilərlər.

Tələblər

  • Otelçilik və ya turizm sahəsində ali təhsil;
  • Müvafiq sahədə ən azı 1-2 il iş təcrübəsi (menecer və ya supervayzer səviyyəsində);
  • Azərbaycan və İngilis dillərində sərbəst danışıq və yazı bacarığı;
  • Rus dili biliyi üstünlükdür;
  • Yüksək ünsiyyət, liderlik və komandada işləmək bacarığı;
  • Müştəriyönümlü düşüncə və problemlərin həllinə çevik yanaşma.


Oxşar vakansiyalar