Ultra Technologies

Frontend developer

Ultra Technologies
Ə/h razılaşma ilə
2001
Tam iş günü
Bakı, Azərbaycan
15.08.2025 12:45 - 15.09.2025 12:00

İş haqqında məlumat

  • Proqram təminatının vizual və funksional tələblərini kod səviyyəsində UI/UX dizaynının texniki əsaslandırılmasını tətbiq edərək icra edilməsi;
  • Proqram təminatının tətbiqi üçün hazırlanmış texniki sənədlərin tətbiq edilməsi;
  • Proqram təminatının kodlarının təyin edilmiş standartlara (Code Convention) və müasir tələblərə cavab verən təkrar tətbiq və istifadə edilə biləcək şəkildə yazılması;
  • Biznes prosesin proqram təminatı səviyyəsində optimal qaydada qurulması,
  • Proqram təminatının geniş miqyasda istifadəsi və daha sürətli işləməsi üçün kodun optimallaşdırılması;
  • Layihələrdə müəyyən edilmiş standartlara və proseslərə və şirkətdə istifadə edilən texnoloji stack-a uyğunlaşmaq;
  • Yaranan xətaların aradan qaldırılması və texniki dəstəyin göstərilməsi.

İş şəraiti:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00-dan 18:00-dək ;
  • İş yeri: Səməd Vurğun 79B, Ultra Technologies.

Müraciət etmək qaydası:

Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini [email protected] elektron poçt ünvanına göndərmələri və mövzu hissəsində mütləq “Frontend developer” qeyd etmələri xahiş olunur.

Tələblər

  • Vue.js ilə real layihələrdə minimum 2 il iş təcrübəsi;
  • Ali texniki təhsil (İnformasiya texnologiyaları, İnformasiya sistemləri, Kompüter elmləri, Avtomatlaşdırılmış sistemlər ) və ya ona uyğun təcrübə
  • JavaScript, TypeScript, HTML, CSS və responsiv dizayn prinsipləri üzrə dərin bilik;
  • Vuex, Pinia, Vue Router ilə iş təcrübəsi və komponent əsaslı yanaşmanı dərindən anlamaq bacarığı;
  • HTML5 və CSS3 də daxil olmaqla veb səhifə işarələmə (web markup) üzrə anlayış;
  • Müasir alətlər və iş axınları (Webpack, Vite, Babel) ilə işləmə bacarığı;
  • Səliqəli, oxunaqlı və standartlara uyğun kod yazmaq bacarığı;
  • Məsuliyyətlilik, qərar vermə və problem həll etmə bacarığı, mövcud sistemlərin biznes məntiqlərinin sürətli mənimsəmə bacarığı, nəticəyə fokuslanma, planlaşdırmaq və təşkil etmək, yüksək analitik qabiliyyət, komandada işləmək bacarıqları.


Oxşar vakansiyalar