Bakı,
Azərbaycan
06/05/2026
-
20/05/2026
İş haqqında məlumat
“Azərikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda aktiv olan vakansiya: Frontend developer
- Proqram təminatının inkişafı üçün dizayner, proqramçı, analitik, layihə rəhbərləri və diğər aidiyyəti şöbələr ilə işləmək;
- Problemlərin aradan qaldırılması, xətaların incələnməsi və proqram təminatının təkmilləşdirilməsi;
- Sahədəki ən son texnologiyalarla tanış olmaq, yenilikləri izləmək və tətbiq etmək;
- Kod təhlilində iştirak etmək və komanda ilə bilik paylaşımına səy göstərmək;
- Funksionallıqların test edilməsi;
- Daxil olan sorğuların vaxtında icra edilməsini təmin etmək.
Tələblər
- Ali təhsil;
- Frontend development sahəsində minimum 2 il iş təcrübəsi;
- JavaScript və TypeScript üzrə güclü biliklər;
- React və React Hooks üzrə praktiki təcrübə;
- REST API ilə işləmə təcrübəsi;
- HTML5 və CSS3 üzrə dərin biliklər;
- Responsiv və adaptiv dizayn təcrübəsi;
- Müasir "build" alətləri (Vite, Webpack) ilə işləmə təcrübəsi;
- Analitik düşüncə və problemləri həll etmə qabiliyyəti;
- Git ilə işləmə bacarığı;
- Data structures və design patterns üzrə bilik;
- Figma kimi alətlərlə işləmə bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.