Sumqayıt,
Azərbaycan
04/02/2026
-
18/02/2026
İş haqqında məlumat
- Rəqəmsal idarəetmə platformaları üçün frontend tətbiqlərinin hazırlanması və texniki dəstəyin göstərilməsi;
- İstifadəçi interfeyslərinin (UI) qurulması;
- BPM tapşırıq panellərinin hazırlanması;
- Tasklar üçün tələblərin formalaşdırılması;
- İdarəetmə panelləri (dashboardlar) və hesabatların hazırlanması;
- Frontend tətbiqlərinin Backend API-ləri (BPM və Python servisləri) ilə inteqrasiyası;
- Autentifikasiya və rol əsaslı giriş mexanizmlərinin tətbiqi;
- Adaptiv (responsive) və istifadəçi üçün rahat dizaynın təmin edilməsi;
- Təmiz, modul və təkrar istifadə oluna bilən kod bazasının saxlanılması;
- Backend mühəndisi və şöbə rəhbəri ilə sıx əməkdaşlıq;
- UI/UX təkmilləşdirmələrində aktiv iştirak.
İş şərtləri:
- İş rejimi: 5 gün 09:00 – 18:00
- İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1. Sumqayıt Kimya Sənaye Parkı
- Əlavə üstünlüklər: Nahar, telefon limiti və Bakı şəhərindən nəqliyyat servisi ilə təmin edilir.
Tələblər
- Müvafiq sahə üzrə 1–3 il iş təcrübəsi;
- Ali təhsil;
- Texniki biliklər: React, JavaScript, SQL, REST API;
- MS Office bilikləri;
- Dil bilikləri: İngilis dili.
Şəxsi və peşəkar bacarıqlar:
- Analitik düşünmə və problem həll etmə bacarığı;
- Komanda ilə işləmə qabiliyyəti;
- Texniki sənədlərlə işləmə vərdişi;
- Məsuliyyətlilik və nəticəyönümlülük;
- Davamlı öyrənməyə açıq olmaq.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.