Bakı,
Azərbaycan
03/09/2026
-
17/09/2026
İş haqqında məlumat
Rəqəmsal marketinq agentliyi Make Agency komandaya Frontend proqramçı axtarır.
Vəzifə öhdəlikləri:
- Figma dizaynlarına əsasən adaptiv və kross-brauzer veb interfeyslərin hazırlanması (korporativ saytlar, kataloq, e-commerce)
- React + TypeScript ilə komponent əsaslı UI-nin qurulması
- Backend ilə REST API inteqrasiyası: siyahılar, filtrlər, formalar
- Form, filtr, axtarış, modal və bildiriş kimi interaktiv elementlərin işlədilməsi
- SEO-yönümlü front: meta məlumatlar, sürət optimizasiyası (Core Web Vitals), şəkil və şrift optimallaşdırmaları
- Git workflow-da komanda ilə əməkdaşlıq: kod-review, merge
Tələblər
- React üzrə ən azı 2 il təcrübə
- TypeScript, HTML5, CSS3 (SCSS və ya TailwindCSS) bilikləri
- Figma dizaynlarını piksel dəqiqliyi ilə və responsiv şəkildə vebə çevirmək bacarığı
- REST API ilə işləmə təcrübəsi, axios/fetch və error handling
- Git ilə işləmə bacarığı (branch, merge, pull request)
Əlavə üstünlük veriləcək qabiliyyətlər:
- Next.js ilə SSR/SSG təcrübəsi
- UI kitabxanaları: Ant Design, Material UI və s.
- Form və validasiya təcrübəsi (React Hook Form, Zod)
- Test alətləri (Testing Library, Playwright) və çoxdilli layihələr (i18n)
Biz sənə nə təklif edirik:
- Sabit əmək haqqı: 1 500 – 2 000 AZN (təcrübəyə və müsahibənin nəticəsinə görə)
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
- Müxtəlif sənaye sahələrindən tanınmış brendlərlə real layihələr
- Müasir texnologiyalarla iş: React, Next.js, Laravel
- İş qrafiki: 5/7, B.e – Cümə, 10:00 – 19:00. Ofis: Bakı ş., Badamdar
- Karyera inkişafı və portfelini sürətlə böyütmək imkanı