Make Agency

Frontend React Proqramçı

Make Agency
Ə/h razılaşma ilə
1852
Tam iş günü
Bakı, Azərbaycan
10.09.2025 04:07 - 10.10.2025 12:00

İş haqqında məlumat

  • Figma dizaynlarına əsasən adaptiv və kross-brauzer veb interfeyslərin hazırlanması (korporativ saytlar, kataloq, e-commerce);
  • React + TypeScript ilə komponent əsaslı UI-nin qurulması, səhifələrin yığılması;
  • Laravel backend ilə REST API inteqrasiyası (məlumatların siyahılanması, filtrlənməsi, formaların göndərilməsi);
  • Formlar, filtr, axtarış, modal və bildiriş kimi interaktiv elementlərin işlədilməsi;
  • SEO-yönümlü front: meta məlumatların əlavə edilməsi, sürət optimizasiyası (Core Web Vitals), şəkil/şrift optimallaşdırmaları;
  • Git workflow-da komanda ilə əməkdaşlıq: task-ların bölüşdürülməsi, kod-review, merge.

Təklif edirik:

  • Müxtəlif sənaye sahələrindən tanınmış brendlərlə real layihələr;
  • Müasir texnologiyalarla iş: React, Next.js, Laravel;
  • Dinamik və yaradıcı iş mühiti — ideyalarını sərbəst ifadə edə biləcəyin komanda;
  • Karyera inkişafı və portfelini sürətlə böyütmək imkanı;
  • İş qrafiki: 5/7, B.e.–Cümə 10:00–19:00; əmək münasibətləri rəsmi qaydada.

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Make Front” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • React üzrə ən azı 2 il təcrübə;
  • TypeScript, HTML5, CSS3 (SCSS və ya TailwindCSS) bilikləri;
  • Figma dizaynlarını piksel dəqiqliyi və responsiv qaydada vebə çevirmək bacarığı;
  • REST API ilə işləmə təcrübəsi, axios/fetch və error handling;
  • Git ilə işləmə bacarığı (branch, merge, pull request).

Əlavə üstünlük veriləcək qabiliyyətlər:

  • Next.js ilə SSR/SSG təcrübəsi (SEO üçün faydalıdır);
  • UI kitabxanaları: Ant Design, Material UI və s;
  • Form/valiadsiya təcrübəsi (React Hook Form, Zod);
  • Test alətləri (Testing Library, Playwright) və i18n (çoxdilli layihələr).