Azerconnect LLC

Frontend Senior Developer

Azerconnect LLC
Ə/h razılaşma ilə
1408
Tam iş günü
Bakı, Azərbaycan
30.10.2025 05:25 - 30.11.2025 12:00

İş haqqında məlumat

  • Tam dövr proqram təminatı tərtibatını icra etmək. Məlumat tələbatlarını öyrənməklə biznes müştərilərin tələbləri əsasında yaxşı layihələndirilmiş, yoxlanılan, səmərəli və təkrar istifadə edilə bilən kod yazmaq; istifadəçilər ilə məsləhətləşmək; sistem axınını, məlumat istifadəsini, iş proseslərini və problemli sahələri öyrənmək;
  • Müvafiq tələblər, dizayn, proqram təminatı və dəyişikliyə nəzarət prosesinə keçirilən baxışlarda, eləcə də icradan sonrakı baxışlarda iştirak etməklə və onları idarə etməklə dəqiq izlənilən SDLC prosesini və ən yaxşı sənaye təcrübələrini təmin etmək;
  • Proqram təminatı komponentlərinin tam funksional proqram təminatı sisteminə, bütün əlaqədar ekosistemlərə və digər şəbəkə elementlərinə inteqrasiya edilməsi;
  • Müvafiq proqram təminatı sənədlərinin, blok-sxemlərin, planların, diaqramların, qrafiklərin, interfeys təsvirlərinin, kod şərhlərinin və aydın kodların işlənib hazırlanması yolu ilə proqram təminatının funksionallığını sənədləşdirmək və qoruyub saxlamaq;
  • Müasir tərtibat vasitələrini, proqramlaşdırma texnikalarını, hesablama avadanlıqlarını öyrənməklə iş biliklərini yeniləmək; təhsil imkanlarında iştirak etmək; peşəkar nəşrləri oxumaq; şəxsi şəbəkə əlaqələrini qoruyub saxlamaq; peşəkar təşkilatlarda iştirak etmək;
  • Sabit Biznesə Dəstək Sistemləri modullarının hazırlanması, texniki qulluq və inteqrasiyasını təmin etmək. Azertelecom billing, IGW, TEKILA, Uninet Billing, AzQtel Billing və s.
  • Komandanı istiqamətləndirmək (o cümlədən on-the-job training, coaching və mentoring);
  • Vəzifə öhdəliklərini və rəhbərlik tərəfindən verilən sifahi/ yazılı tapşırıqları icra etmək;
  • Həvalə olunan tapşırıqları şirkətdaxili prosedur/siyasət/təlimatlara uyğun həyata keçirmək;
  • Şirkətə aid məlumatların məxfiliyini təmin etmək.

Tələblər

  • Kompüter Elmləri və ya əlaqədar texniki sahədə bakalavr dərəcəsi ; 
  • Monolitik, və mikroservislər arxitekturası inkişafı üzrə 5 illik təcrübəsi; 
  • Web Application inkişafı üzrə 5 illik təcrübəsi; 
  • Sistem tərtibatı üzrə təcrübənin olması üstünlükdür;
  • Monolitik, mikroservislər arxitekturası və veb dizaynı da daxil olmaqla, Web Application inkişafı;
  • Müvafiq məlumatlar bazası, SQL və MySQL;
  • Web inkişafı (HTML, CSS, Javascript, Angular2+, ReactJS) və Şablon Dizayn Vasitələri;
  • Əməliyyat Sistemini (Windows, Linux);
  • Proqram təminatının işlənib hazırlanması üzrə metodologiya və buraxılma prosesləri;
  • İT Sabit BDS arxitekturasına dair biliklər;
  • İT Sabit BDS, mobil və kompüter şəbəkələrində istifadə olunan protokollar haqqında biliklərə üstünlük verilir (TCP/IP protocol family, xml, DCC, Radius and  etc.);
  • İT Sabit BDS hesabatlarının hazırlanması və konfiqurasiyası üzrə təcrübə;
  • HTML, CSS və JavaScript-də dərin bilik və təcrübə, React.js inkişaf etdirmə bacarığı; 
  • Redux və ya Context API kimi idarəetmə həllərində təcrübə;
  • Mürəkkəb və genişlənə bilən frontend arxitekturalarının layihələndirilməsi və həyata keçirilməsində təcrübə;
  • Responsiv dizayn prinsiplərinin və müxtəlif brauzerlərlə uyğunluğ üzrə mükəmməl biliyə malik olmaq;
  • Müasir frontend qurulma alətləri və prosesləri olan Webpack, Babel və ya npm üzrə geniş təcrübə;
  • REST və  Web  servisləri üzrə əla biliklər;
  • Web Tərtibat üzrə biliyin olması;
  • Web inkişaf təcrübəsi (HTML, CSS, Javascript, Angular2, ReactJS) və Şablon Dizayn Vasitələri;
  • Sınaq yönümlü tərtibat üzrə təcrübə;
  • UML,Swagger və s. kimi sənədləşdirmə alətləri və proqram təminatının modelləşdirilməsi üzrə bilik;
  • Versiya nəzarət sistemləri ilə bağlı təcrübə (Git/SVN);
  • Jest, React, Testing Library kimi Framework üzrə bilik və təcrübəyə malik olmaq;
  • Dizayn maketlərini səmərəli və genişlənə bilən komponentlərə çevirmək üçün UX/UI dizaynerləri ilə əməkdaşlıq;
  • Veb performansının optimallaşdırılması üsulları üzrə təcrübə.