Bakı,
Azərbaycan
03.11.2025 11:19
-
03.12.2025 12:00
İş haqqında məlumat
- PHP 7.1 (Laravel framework) ilə qurulmuş backend servisləri hazırlamaq, mövcud servislərə dəstək göstərmək və optimallaşdırmaq;
- Real vaxt rejimində ünsiyyət üçün SIP.js ilə inteqrasiya olunmuş Vue.js istifadə edərək frontend komponentləri üzərində işləmək;
- FreeSWITCH inteqrasiyası və zəng axını məntiqi üzrə VoIP mühəndisi ilə birgə əməkdaşlıq etmək;
- Yüksək performanslı zəng idarəetməsi üçün RabbitMQ tətbiq etmək;
- Təmiz, təhlükəsiz və idarə oluna bilən kod yazmaq;
- Müştəri mühitləri üzrə problemləri araşdırmaq və həllini təmin etmək.
Qeyd: Vakansiya üzrə yalnız ilkin seçim mərhələsi üzrə uyğun görülən namizədlərlərin dəyərləndirilməsi həyata keçiriləcəkdir.
Müraciətlərinizi mövzu hissəsində "Full stack PHP proqramçı" qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron ünvanına yönləndirə bilərsiniz.
Tələblər
- Proqram təminatının hazırlanması üzrə ən az 3 il iş təcrübəsi;
- PHP (Laravel framework) üzrə güclü bilik;
- Versiyalanma (Git) üzrə bilik;
- Vue.js və REST API inteqrasiyası üzrə təcrübə;
- MySQL məlumat bazası ilə iş bacarığı;
- Komanda ilə əməkdaşlıq etmək bacarığı;
- RabbitMQ və ya oxşar texnologiyalar üzrə məlumatlı olmaq;
- Problem həll etmə və debug bacarığına sahib olmaq;
- SIP protokolları və VoIP sistemləri haqqında anlayışa sahib olmaq üstünlükdür.