Bakı,
Azərbaycan
03/09/2026
-
17/09/2026
İş haqqında məlumat
Məkan: Bakı, Azərbaycan
Öhdəliklər
- Unity/C# dilində interaktiv tətbiqlərin və oyun mexanikalarının sıfırdan işlənilməsi və dəstəklənməsi;
- 2D və 3D qrafik elementlərin, animasiyaların və UI interfeyslərin tətbiqə inteqrasiya olunması;
- Mobil cihazlar (iOS / Android) üçün tətbiqin performansının optimallaşdırılması (FPS, yaddaş istifadəsi);
- Xarici API-lər, server hissəsi (Backend) və məlumat bazaları ilə inteqrasiyanın qurulması;
- Kodun təmiz, oxunabilən və genişləndirilə bilən (SOLID prinsipləri üzrə) yazılması;
- Dizaynerlər və məhsul komandası (Product Owner) ilə sıx əməkdaşlıq çərçivəsində prototiplərin tez bir zamanda hazırlanması.
Tələblər
- Təcrübə: Game Development / Unity sahəsində azı 2 il iş təcrübəsi;
- Rəqəmsal portfolio: İştirak etdiyiniz və ya hazırladığınız layihələrin/oyunların nümayişi (PET layihələr, Google Play / App Store keçidləri və ya GitHub hesabı) mütləqdir;
- Performans optimallaşdırılması: Profiling alətləri ilə işləmək və resursları optimallaşdırmaq bacarığı;
- Dillər: Azərbaycan dili (sərbəst), Texniki İngilis dili (sənədləşməni oxumaq üçün).
Texniki biliklər:
- C# proqramlaşdırma dili və OOP/SOLID prinsiplərini yaxşı səviyyədə bilmək;
- Unity 2D/3D mühitində (Game Loop, Physics, UI, Animations, Prefabs) sərbəst işləmək bacarığı;
- Git versiya nəzarət sistemi ilə iş təcrübəsi;
Üstünlük veriləcək biliklər
- WebGL layihələri və ya hibrid mobil tətbiqlər ilə iş təcrübəsi;
- Baza səviyyəsində шейдерlər (Shaders) və ya vizual effektlər (VFX) haqqında anlayış;
- Oyun mexanikalarında (gamification) elementlərinin tətbiqi təcrübəsi.