Bakı,
Azərbaycan
15.10.2025 05:44
-
15.11.2025 12:00
İş haqqında məlumat
Şöbə: Qəbul və qeydiyyat
Ünvan: Bakı şəhəri
- Otaq üzrə bütün gündəlik ödənişlərin yoxlanılması və hamısının düzgün olmasının təmin edilməsi;
- Gecə növbəsi ərzində qeydiyyat şöbəsi işçilərinə qeydiyyata salma və qeydiyyatdan çıxarma işində kömək etmək;
- Audit funksiyasına nəzarət etmək, bütün kassa hesablarının effektli, düzgün və vaxtı-vaxtında yerinə yetirilməsinin təmin edilməsi;
- Növbə üzrə bütün qəbzlərin lazımi qaydada qeyd edilməsinin, balanslaşdırılmasının və mehmanxananın bu əməliyyatlar üzrə təyin olunmuş seyfinə qoyulmasının təmin edilməsi;
- Təhlükəsizlik və fövqəladə hallar prosedurlarına əməl olunmasını izləmək;
- Gecə ərzində baş verən texniki və ya əməliyyat problemlərini qeyd etmək və əlaqədar şöbələrə ötürmək;
- Gecə növbəsində baş verən bütün hadisələr barədə növbə hesabatı (Night Report) hazırlamaq.
İşçinin təminatları:
- Qidalanma (işçi yeməkxanasında);
- Könüllü tibbi siğorta;
- TABİA Group – un tabeliyində olan çoxsaylı hotellərdə və SPA mərkəzlərində endirim imkanı;
- Təlim və inkişaf proqramlarında iştirak imkanları;
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Gecə əməliyyatları üzrə menecer” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq
Tələblər
- Ali təhsil (turizm, idarəetmə və ya əlaqəli sahə üstünlükdür);
- Minimum 3-4 il Qəbul və qeydiyyat və ya otel əməliyyatları üzrə təcrübə;
- Gecə auditi prosesi və otel idarəetmə sistemləri (Opera, Fidelio və ya oxşar PMS) barədə bilik;
- MS Office proqramlarında işləmə bacarığı;
- Azərbaycan dili (yazılı və şifahi) mükəmməl səviyyədə olmalıdır;
- İngilis dili yaxşı səviyyədə.