Deluxe Park Qusar

Gəlirlər üzrə Mühasib

Deluxe Park Qusar
Ə/h razılaşma ilə
342
Tam iş günü
Qusar, Azərbaycan
25/06/2026 - 09/07/2026

İş haqqında məlumat

Qusar şəhərində fəaliyyət göstərən otelimizə Gəlirlər üzrə Mühasib vəzifəsi üzrə məsuliyyətli və peşəkar əməkdaş axtarılır.

  • Otelin gündəlik gəlirlərinin uçotunun aparılması;
  • Kassa, POS və digər satış nöqtələri üzrə məlumatların yoxlanılması və uyğunlaşdırılması;
  • Gündəlik, həftəlik və aylıq gəlir hesabatlarının hazırlanması və təqdim edilməsi;
  • Uyğunsuzluqların müəyyən edilməsi , araşdırılması, və sistemdə müəyyən düzəlişlər edilməsi;
  • Maliyyə sənədlərinin düzgün və vaxtında işlənməsinin təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası.

İş şəraiti:

  • İş yeri: Qusar şəhəri;
  • İş qrafiki tam iş günü;
  • Yaşayış yeri şirkət tərəfindən təmin edilir;
  • Gündə 3 dəfə qidalanma təmin olunur;
  • Əmək haqqı müsahibə əsasında müəyyən edilir.
     

Tələblər

  • Mühasibatlıq, maliyyə və ya əlaqəli sahə üzrə təhsil;
  • Müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi;
  • MS Excel proqramında işləmə bacarığı;
  • Analitik düşünmə və diqqətlilik;
  • Məsuliyyətli və nəticəyönümlü yanaşma;
  • Otel sahəsində iş təcrübəsi üstünlük hesab olunur.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun


Oxşar vakansiyalar