Sumqayıt,
Azərbaycan
16/09/2026
-
30/09/2026
İş haqqında məlumat
İş yeri: Sumqayıt, Ceyranbatan ərazisi
Təmsilçiliyini həyata keçirdiyimiz qlobal generator brendi üzrə satış, quraşdırma, işə salma və satış sonrası texniki xidmət işlərini həyata keçirəcək təcrübəli Generator Servisi üzrə Texniki Usta axtarırıq.
Namizəd generatorlarla bağlı texniki prosesi satış öncəsi sahə baxışından başlayaraq, quraşdırma, işə salma, diaqnostika və satış sonrası servisə qədər müstəqil şəkildə həyata keçirə biləcək praktiki təcrübəyə malik olmalıdır.
Əsas vəzifələr
- Satış öncəsi müştəri obyektlərinə texniki baxışların keçirilməsi;
- Generatorun yerləşdiriləcəyi sahənin və mövcud elektrik infrastrukturunun texniki qiymətləndirilməsi;
- Generator gücü, yerləşmə, kabel, ATS və elektrik bağlantıları ilə bağlı texniki rəyin hazırlanması;
- Generatorların quraşdırılması və elektrik bağlantılarının həyata keçirilməsi;
- ATS və əlaqəli elektrik avadanlıqlarının qoşulması;
- Generatorların ilkin işə salınması və funksional testlərin aparılması;
- Planlı texniki baxış və servis işlərinin həyata keçirilməsi;
- Mühərrik, alternator, idarəetmə paneli, yanacaq və digər köməkçi sistemlərdə nasazlıqların müəyyən edilməsi;
- Elektrik və mexaniki nasazlıqların diaqnostikası və aradan qaldırılması;
- Ehtiyat hissələrinin dəyişdirilməsi və təmir işlərinin aparılması;
- Müştəri obyektlərində texniki problemlərə operativ müdaxilə;
- Görülmüş servis və texniki işlər üzrə hesabatların hazırlanması.
Tələblər
- Dizel generatorların servis və təmiri üzrə praktiki iş təcrübəsi;
- Dizel mühərrikləri və generatorların iş prinsipini yaxşı bilmək;
- Generatorların elektrik hissəsi və bağlantıları üzrə praktiki bacarıq;
- ATS, idarəetmə panelləri və avtomatika sistemləri üzrə bilik;
- Elektrik sxemlərini oxuma bacarığı;
- Elektrik ölçü və sınaq cihazlarından istifadə bacarığı;
- Nasazlıqların diaqnostikası və aradan qaldırılması bacarığı;
- Müştəri obyektlərində və sahə şəraitində işləməyə hazır olmaq;
- Bakı və regionlara ezamiyyətlərə hazır olmaq;
- Məsuliyyətli olmaq və əməyin mühafizəsi, elektrik təhlükəsizliyi qaydalarına ciddi riayət etmək.
İşin əsas istiqamətləri
Satış öncəsi
- Sahə ziyarəti → Texniki qiymətləndirmə → Tələblərin müəyyən edilməsi
Quraşdırma və işə salma - Generatorun quraşdırılması → Elektrik və kabel bağlantıları → ATS qoşulması → İşə salma və test
Satış sonrası servis - Planlı texniki baxış → Diaqnostika → Təmir → Ehtiyat hissələrinin dəyişdirilməsi → Texniki dəstək
Biz kim axtarırıq?
- Biz yalnız servis işlərini həyata keçirən əməkdaş deyil, generatorun satışından əvvəl texniki qiymətləndirmədən başlayaraq quraşdırma, işə salma və satış sonrası servisə qədər bütün texniki prosesdə iştirak edə biləcək təcrübəli texniki usta axtarırıq.