İteam Group

Generator üzrə Mühəndis

İteam Group
1200 - 1500 ₼
372
Tam iş günü
Bakı, Azərbaycan
09/06/2026 - 23/06/2026

İş haqqında məlumat

  • Dizel və benzin generatorlarının quraşdırılması, sazlanması, istismara verilməsi və texniki xidmətinin həyata keçirilməsi; 
  • Generator sistemlərinin planlı profilaktik baxışlarının və texniki xidmət işlərinin yerinə yetirilməsi; 
  • Elektrik və mexaniki nasazlıqların diaqnostikası və operativ aradan qaldırılması; 
  • ATS (Automatic Transfer Switch) və digər enerji idarəetmə sistemlərinin quraşdırılması və yoxlanılması; 
  • Generatorların elektrik şəbəkələri, UPS sistemləri və digər enerji təchizatı avadanlıqları ilə inteqrasiyasının təmin edilməsi; 
  • Layihələr üzrə texniki sənədlərin, hesabatların və aktların hazırlanmasında iştirak etmək; 
  • Müştəri obyektlərində ezamiyyət əsaslı quraşdırma və servis işlərinin icrası; 
  • Təhlükəsizlik qaydalarına və texniki standartlara uyğun fəaliyyət göstərilməsi; 
  • İstismar zamanı yaranan problemlərin təhlili və həlli üzrə təkliflərin verilməsi; 
  • Şirkətin həyata keçirdiyi layihələr çərçivəsində digər mühəndis heyəti ilə koordinasiyalı işləmək. 

Şirkət tərəfindən təklif olunur

  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə; 
  • Müasir texnologiyalar və iri layihələrdə iştirak; 
  • Ezamiyyət xərclərinin şirkət tərəfindən qarşılanması; 

Qeyd: Təhlükəsizlik sistemləri, enerji təchizatı, generator sistemləri, İT infrastrukturu, sənaye avtomatlaşdırılması və əlaqəli texniki sahələrdə təcrübəsi olan namizədlərə üstünlük veriləcəkdir.

İş şəraiti

  • Əmək haqqı: 1.200 – 1.500 AZN (NET)
  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Tam iş günü

Tələblər

  • Yaş həddi: 25 – 45 yaş
  • Elektrik mühəndisliyi, energetika və ya əlaqəli texniki ixtisas üzrə ali və ya orta ixtisas təhsili; 
  • Generator sistemləri, enerji təchizatı və elektrik avadanlıqları sahəsində minimum 2-3 il iş təcrübəsi (üstünlükdür); 
  • Dizel generatorlarının iş prinsipləri, idarəetmə panelləri və ATS sistemləri üzrə biliklər; 
  • Elektrik sxemlərini və texniki çertyojları oxuma bacarığı; 
  • Elektrik ölçü cihazları ilə işləmək bacarığı; 
  • Komanda ilə işləmə, problem həll etmə və analitik düşünmə bacarığı; 
  • Ezamiyyət şəraitində işləməyə uyğunluq ; 
  • B kateqoriyalı sürücülük vəsiqəsinin olması üstünlükdür; 
  • Rus dili və ingilis dili bilikləri üstünlük hesab olunur; 
  • MS Office proqramlarında işləmə bacarığı. 

Şəxsi keyfiyyətlər

  • Yüksək məsuliyyət hissi; 
  • İntizamlı və nəticəyönümlü yanaşma; 
  • Operativ qərarvermə bacarığı; 
  • Texniki yeniliklərə açıq olmaq; 
  • Peşəkar etik davranış və ünsiyyət bacarıqları. 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.