R-Com MMC

Geodeziya mühəndisi

R-Com MMC
3000 ₼
406
Tam iş günü
Biləsuvar, Azərbaycan
29/12/2025 - 12/01/2026

İş haqqında məlumat

  • Geodeziya İstinad Şəbəkəsinin qurulması və yerində aktla podratçıya təhvil verilməsi;
  • Podratçı və subpodratçı şirkətlərin geodeziya xidmətlərinin işinin monitorinqi və idarə edilməsi;
  • Geodeziya işlərinin yerinə yetirilməsinə nəzarət etmək (çöl işləri jurnalının doldurulması, vaxtı-vaxtında və keyfiyyətli icra çəkilişlərinin aparılması, açıq xəndəklərdə yeraltı kommunikasiyaların icra çəkilişlərinin aparılması, geodeziya icra sənədlərinin tərtib edilməsi, saxlanılması və əlaqədar qurumlara ötürülməsi);
  • Tikinti-quraşdırma işləri zamanı təhkim edilmiş personalın işinə seçmə üsulla nəzarət edir, aşkarlanmış nöqsanlar barədə layihəçi, rəhbərlik və digər texniki personala məlumat verməklə inşaat jurnalına qeyd edilməsini təmin etmək;
  • Layihəçi və ya dizayn qrupundan cizgi və texniki sənədlərin qəbulu, geometrik ölçülərdə ehtimal olunan xətaların yoxlanılması, bölgü plan və cizgilərinin hazırlanması;
  • İnşaatı tamamlanmış obyektlərin təhvilində iştirak etmək;
  • Zəruri hesabatların hazırlanmasını təmin etmək;
  • Layihələndirmə və istehsalat prosesinə daxil olan bütün tərəflərlə yaxın əməkdaşlıq etmək;
  • Rəhbərlik tərəfindən tapşırılan digər oxşar işlər.

İş şəraiti:

  • Həftənin tam iş günü
  • Bazar qeyri iş günü
  • Əmək haqqı 3000 AZN
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun sənədləşmə

İş yeri: Biləsuvar

Tələblər

  • Ali Təhsil (Geodeziya mühəndisliyi üzrə);
  • Müvafiq sahə üzrə azı 3 il iş təcrübəsi;
  • Kompüter bilikləri MS Office, AutoCAD, AutoCAD Civil 3D, Excel əla;
  • Dil bilikləri: Azərbaycan dili - səlis, inigilis dili önəmli;
  • Yüksək ünsiyyət və komanda da işləmək bacarığı, daim inkişafa yönümlü olmaq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.