Almet Trading

Gömrük bəyannaməçisi

Almet Trading
Ə/h razılaşma ilə
4398
Tam iş günü
Bakı, Azərbaycan
26/01/2026 - 09/02/2026

İş haqqında məlumat

  • Qısa idxal bəyannamələrini tərtib etmək
  • Tranzit gömrük bəyannamələrini tərtib etmək
  • İdxal gömrük bəyannamələrini tərtib etmək (sərbəst dövriyyə, son istifadə, daxili emal)
  • İxrac gömrük bəyannamələrini tərtib etmək
  • Şirkət tərəfindən ödənilməli olan gömrük ödənişlərini düzgün hesablamaq
  • Alınacaq malların ƏDV məbləğlərini hesablamaq və onlarla bağlı hesabatları tam, vaxtında və düzgün şəkildə hazırlayaraq rəhbərliyə təqdim etmək
  • Şirkətin brokerləri ilə mütəmadi əlaqə saxlamaq

Şirkət nə təklif edir:

  • Rəqabətə davamlı əmək haqqı və müavinətlər paketi 
  • Xarici ölkələrdə nümayəndəlikləri olan yerli şirkətdə iş təcrübəsi
  • Şəxsi və peşəkar inkişaf imkanları
  • Dinamik və böyüməkdə olan şirkətdə işləmək imkanı
  • Digər üstünlüklər (sınaq müddətindən sonra fitness təminatı, özəl tibbi sığorta, korporativ mobil nömrə və s.)

Tələblər

  • Bakalavr dərəcəsi. (Bəyannaməçinin İxtisas Attestatı olması üstünlükdür)
  • Sahə üzrə 2+  il iş təcrübəsi
  • Əla səviyyədə azərbaycan dilində yazı və danışıq qabiliyyəti 
  • Yaxşı ingilis dili, rus dili biliyi üstünlükdür
  • Yaxşı səviyyədə MS Office biliyi
  • Mükəmməl analitik və problem həll etmə bacarıqları, potensial riskləri müəyyən etmək və azaltmaq bacarığı
  • Vaxtı səmərəli şəkildə idarə etmək, son tarixləri qarşılamaq və dəyişən prioritetlərə uyğunlaşmaq bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.