Heydər Əliyev adına Müasir Təhsil Kompleksi
700 - 800 ₼
5586
Növbəli iş
Bakı, Azərbaycan
11/02/2026 - 25/02/2026

İş haqqında məlumat

  • Obyektdə qıfıl, bağlayıcı qurğular, yanğına qarşı inventar və digər texniki avadanlıqların işlək vəziyyətdə olmasına nəzarət etmək.
  • Qəza hallarında (sındırılmış qapı, pəncərə, qıfıl və ya möhürlər) rəhbərliyə, polisə məlumat vermək və hadisə yerini qorumaq.
  • Giriş-çıxış sahələrinin təmizliyini və sanitariya qaydalarına riayət etmək.
  • İcazə verilmiş şəxslərin buraxılışına nəzarət etmək.
  • Məktəbə aid məktub və sənədlərin qəbuluna nəzarət etmək və rəhbərliyə məlumat vermək.
  • Digər gözətçilik vəzifələrinin yerinə yetirilməsi.

Biz təklif edirik:

  • 700-800 AZN xalis əməkhaqqı
  • Məktəbin yeməkxanasında nahar imkanı
  • Ödənişsiz dayanacaq yeri ilə təmin olunma

İş qrafiki: 12 saatlıq növbəli iş qrafiki


 

Tələblər

  • Ali təhsil və ya orta təhsil
  • Boy hündürlüyü ən azı 175 sm, yaş aralığı 20-28
  • Hərbi xidməti başa vurmuş və ya hərbi xidmətə uyğunluğu olan şəxslər
  • İxtisas üzrə 1-3 illik iş təcrübəsi
  • Azərbaycan dilini yaxşı səviyyədə bilmək.
  • Şagirdlər, valideynlər və məktəb personalı ilə effektiv ünsiyyət qurma bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.