Bakı,
Azərbaycan
06/08/2026
-
20/08/2026
İş haqqında məlumat
- Obyektdə qıfıl, bağlayıcı qurğular, yanğına qarşı inventar və digər texniki avadanlıqların işlək vəziyyətdə olmasına nəzarət etmək.
- Qəza hallarında (sındırılmış qapı, pəncərə, qıfıl və ya möhürlər) rəhbərliyə, polisə məlumat vermək və hadisə yerini qorumaq.
- Giriş-çıxış sahələrinin təmizliyini və sanitariya qaydalarına riayət etmək.
- İcazə verilmiş şəxslərin buraxılışına nəzarət etmək.
- Məktəbə aid məktub və sənədlərin qəbuluna nəzarət etmək və rəhbərliyə məlumat vermək.
- Digər gözətçilik vəzifələrini yerinə yetirilmək.
İş şəraiti
- Məkan: Bakı şəhəri, Səməd Vurğun küçəsi 151
- İş qrafiki: 12 saatlıq növbəli iş qrafiki
Biz təklif edirik:
- Rəqabətədavamlı xalis əməkhaqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
Tələblər
- Ali təhsil və ya orta təhsilə malik olmaq
- Boy hündürlüyünün minimum 175 sm olması və yaş həddinin 22-30 aralığında olması
- Hərbi xidməti başa vurmuş və ya hərbi xidmətə yararlı olmaq
- Müvafiq sahə üzrə 1-3 illik iş təcrübəsinə malik olmaq
- Azərbaycan dilini yaxşı səviyyədə bilmək.
- Şagirdlər, valideynlər və məktəb heyəti ilə effektiv ünsiyyət qurma bacarığna malik olmaq
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun