Xankəndi,
Azərbaycan
20/05/2026
-
03/06/2026
İş haqqında məlumat
- Növbəni təhvil verən gözətçi ilə birlikdə qorunan obyektdə qıfıl və digər bağlayıcı qurğuların, damğaların, yanğına qarşı inventarın, siqnalizasiya sisteminin, telefonun sazlığının, işıqlandırma və istilik sisteminin vəziyyətinə nəzarət etmək
- Obyektin təhvil alınması zamanı sındırılmış qapı, pəncərə, qıfıl, damğa və möhürlərin olmaması kimi nasazlıqlar aşkar edildikdə, bu barədə birbaşa rəhbərinə, rəhbərliyin nümayəndəsinə və polis şöbəsinin növbətçisinə məlumat vermək, polis nümayəndəsi gələnədək obyektin mühafizəsini təmin etmək
- Obyektdə yanğın baş verdikdə həyəcan siqnalının verilməsinə, yanğınsöndürmə xidməti və polis şöbəsinin növbətçisinin məlumatlandırılmasına, həmçinin yanğının söndürülməsi üçün ilkin tədbirlərin görülməsinə nəzarət etmək
- Giriş-çıxış sahəsinin lazımi sanitariya vəziyyətində saxlanılmasına nəzarət etmək
- Kompleksə aid məktub və sənədləri qəbul etmək, bu barədə rəhbərliyi məlumatlandırmaq və aidiyyəti üzrə təhvil vermək
- Gözətçilik fəaliyyəti ilə bağlı digər vəzifələri yerinə yetirmək.
Biz təklif edirik:
- Rəqabətədavamlı xalis əməkhaqqı
- Məktəbin yeməkxanasında nahar imkanı
- Əməkdaşın övladları üçün təhsil haqqına 70%-lik endirim imkanı
İş şəraiti:
- Məkan: Xankəndi şəhəri
- İş qrafiki: 08:00 – 17:00, (Bazar ertəsi – Cümə)
Tələblər
- Ali və ya orta ixtisas təhsilinə malik olmaq
- Hərbi xidməti başa vurmuş və ya hərbi xidmətə yararlı olmaq
- Boy hündürlüyünün minimum 175 sm olması və yaş həddinin 25-35 aralığında olması
- Gözətçi Koordinatoru və ya Mühafizə Rəisi kimi minimum 2 illik iş təcrübəsinə malik olmaq
- “Mühafizə xidməti haqqında” qanunvericilik və təhlükəsizlik prosedurları üzrə biliklərə malik olmaq
- Yanğın təhlükəsizliyi, əməyin mühafizəsi və fövqəladə hallar üzrə təlim və sertifikatlara malik olmaq
- İlk tibbi yardım (First Aid / CPR) üzrə sertifikata malik olmaq
- CCTV müşahidə sistemləri və giriş-çıxış nəzarət sistemləri üzrə işləmək bacarığına malik olmaq
- Komanda idarəetmə bacarıqlarına malik olmaq
- Operativ qərarvermə, hesabat hazırlama və nəzarət bacarıqlarına malik olmaq
- Şagirdlər, valideynlər, əməkdaşlar və ziyarətçilərlə effektiv ünsiyyət qurmaq bacarığına malik olmaq
- Azərbaycan dilini yaxşı səviyyədə bilmək, əlavə dil biliklərinin olması üstünlük hesab olunur
- Kompüter biliklərinə və Microsoft Office proqramlarından istifadə bacarığına malik olmaq
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.