Bakı,
Azərbaycan
21/01/2026
-
04/02/2026
İş haqqında məlumat
- Sosial media, reklam, təqdimat və digər promo materiallar üçün kreativ və peşəkar qrafik dizaynların hazırlanması;
- Dijital kampaniyalar və sosial media üçün “motion graphic” və animasiyaların hazırlanması;
- Marketinq komandası ilə sıx əməkdaşlıq edərək brendə uyğun yaradıcı layihələrin həyata keçirilməsi;
- Vizual üslub və brend tərzinin bütün materiallarda qorunması;
- Paralel bir neçə layihənin vaxtında və keyfiyyətli tamamlanması;
- Qrafik və mouşn dizayn sahəsində trendləri izləmək və işə tətbiq etmək.
Təklif etdiyimiz imkanlar:
- Yaradıcı və dinamik komanda mühiti;
- Portfolio və bacarıqlarınızı göstərmək üçün real və təsirli layihələr;
- Rəqabətli əmək haqqı və nəticəyə əsaslanan mükafatlandırma sistemi (müsahibə zamanı müzakirə olunacaq);
- Davamlı peşəkar inkişaf və daxili böyümə imkanları.
İş qrafiki və istirahət günləri:
- Həftədə 5 gün (Bazar ertəsi – Cümə);
- İş saatları: 10:00 – 19:00;
- İstirahət günləri: Şənbə və Bazar.
Tələblər
- “Qrafik və Mouşn Dizayn” sahəsində minimum 2 illik iş təcrübəsi;
- “Adobe Creative Suite” proqramları (“Illustrator”, “Photoshop”, “After Effects”, “Premiere Pro”) ilə sərbəst işləmə bacarığı;
- Həm qrafik, həm də mouşn dizayn bacarıqlarınızı nümayiş etdirən güclü portfolio;
- Estetik düşüncə, detallara həssas yanaşma və yaradıcı baxış;
- Layihələri vaxtında və məsuliyyətlə icra etmək bacarığı;
- Komanda ilə effektiv işləmə vərdişləri.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.