Bakı,
Azərbaycan
21/11/2025
-
21/12/2025
İş haqqında məlumat
- Binaların havalandırma, isitmə, soyutma, qaz təchizatı üzrə VRF (VRV), Çiller, Qazanxana və havalandırma sistemlərinin cizgilərinin hazırlanması;
- Layihə sənədlərinin texniki şərt və normalara uyğunluğunun yoxlanılması, layihələrin AutoCad proqramında hazırlanması ;
- Avadanlıqların yükünün ( gücünün və ya məhsuldarlığının ) hesablanması və avadanlıqların seçilməsi , layihələrin hazırlanması, smetaların tərtibi və layihə nəzarətinin həyata keçirilməsi;
- Layihənin dövlət ekspertizasında (Fövqəladə Hallar Nazirliyi, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində) müdafiə olunması;
- Əmək haqqı 1300-1500 AZN;
- İş qrafiki: Həftə içi 5 gün 09:00-18:00;
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- Ünvan: A.Cəlilov küçəsi 20.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “HVAC sistemləri üzrə layihəçi mühəndis” yazaraq "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Tələblər
- Müvafiq sahə üzrə təhsilin olması;
- VRF (VRV), Çiller, Qazanxana və havalandırma sistemləri üzrə biliklərin olması;
- Bu sistemlər üzrə ən azı 5 illik iş təcrübəsinin olması;
- AutoCAd və Microsoft Office proqramlarında işləməyi bacarmalı;
- Dürüst, dəqiq, diqqətli, nizam intizamlı, məsuliyyətli olmalı, kollektivlə işləməyi bacarmalı, tapşırıqları vaxtında yerinə yetirməli.