Bakı,
Azərbaycan
19/08/2026
-
02/09/2026
İş haqqında məlumat
- SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərə, istismar qaydalarına, qurumun prosedurlarına riayət edilməsi.
- Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək.
- HVAC-nin quraşdırılması, sınaqdan keçirilməsi, balanslaşdırılması və istismara verilməsi işlərinə nəzarət və idarə edilməsi.
- Avadanlığın soyutma-istilik gücünün, havanın həcminin və digər texniki göstəricilərin düzgün yoxlanılması.
- Zədələnən və ya qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsinə nəzarət
- SAP sistemi üzərindən günlük və həftəlik işlərin bölüşdürülməsi, cari, əsaslı təmir bərpa işlərini təşkil etməli və görülən işə (onun keyfiyyətinə) nəzarət etmək.
- SAP proqramında yaradılmış olan iş bildirişi, iş sifarişlərinin yoxlanılması və lazımi tədbirlərin görülməsi
- İş bildirişinin SAP sistemi üzərindən yaradılması.
- Təmir edilmiş komponentlərin və mexanizimlərin normal işləməsi üçün yoxlama sınaqlarını təmin etmək.
- Cavabdeh olduğu sahələr üzrə avadanlıq və texniki qurğulara texniki qulluq planının hazırlanmasında iştirak etmək və plana uyğun olaraq nəzarət işlərini həyata keçirmək.
- Texniki xidmət üçün zəruri olan ehtiyat hissələrin, alət və avadanlıqların planlı şəkildə tədarükünün təmin edildiyindən əmin olmaq.
- Rəhbərliyə cavabdeh olduğu sahələr üzrə planlaşdırılan və görülən işlər baarədə tələb olunan qaydada hesabatların təqdim olunmasını təmin etmək.
- Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün inzibati binalar və qurğular üzrə fəaliyyət göstərmək.
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.
Tələblər
- HVAC sahəsində minimum 3 il iş təcrübəsi.
- Texniki sahə üzrə ali təhsil, HVAC və ya əlaqəli ixtisas üzrə təhsilin olması üstünlükdür.
- Müvafiq sertifikatların olması üstünlükdür.
- Beynəlxalq və yerli standartların tələblərinə və təlimatlara əsaslanaraq inzibati binalar və qurğularda havalandırma sistemlərinin təmiri və təmir işlərinə dəstək göstərilməsi.
- Havanın həcminin və digər texniki göstəricilərin düzgün yoxlanılması.
- Təmir edilmiş mexanizmlərin normal işləməsinin yoxlanılması.
- Zədələnmiş və qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsinə nəzarət və dəstək göstərilməsi.
- İstilik, soyutma və havalandırma sistemləri üzrə işlərin nəzəri və praktiki əsaslarını bilmək.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun