SOCAR DOWNSTREAM MANAGEMENT LLC

Havalandırma(HVAC) işləri üzrə fəhlə

SOCAR DOWNSTREAM MANAGEMENT LLC
Ə/h razılaşma ilə
637
Tam iş günü
Sumqayıt, Azərbaycan
15/01/2026 - 29/01/2026

İş haqqında məlumat

  • Yarımstansiyalar (inzibati və operator binaları daxil olmaqla) üzrə istehsalat sahələrində istismar olunan isitmə, soyutma və hava tədarükü sistemləri və avadanlıqlarının mexaniki, elektrik/elektron və avtomatlaşdırma komponentlərinin müayinə və yoxlamalarının aparılmasını təmin etmək, texniki xidmət, təmir-bərpa və yoxlama proseslərində aşkar edilmiş nasazlıqlar və uyğunsuzluqlar üzrə müvafiq texniki rəy vermək;
  • İsitmə, soyutma və havalandırma sistemlərinin quraşdırılması, sazlanması, sınaqdan keçirilməsi və istismara buraxılması proseslərinə sahə üzrə nəzarəti həyata keçirmək;
  • Avadanlıqların isitmə və soyutma güclərinin, hava sərfiyyatının və digər əsas texniki göstəricilərinin normativ tələblərə uyğunluğunu yoxlamaq və qiymətləndirmək;
  • Qüsurlu və ya sıradan çıxmış komponentlərin təmiri və ya dəyişdirilməsi proseslərinə nəzarət etmək, zərurət olduqda texniki dəstək göstərmək;
  • Təmir olunmuş avadanlıq, komponent və mexanizmlərin normal və təhlükəsiz istismarını təmin etmək məqsədilə müvafiq yoxlama və sınaq testlərinin aparılmasını təmin etmək;
  • Məsul olduğu sahələr üzrə avadanlıq və texniki qurğular üçün texniki qulluq və profilaktik baxım planlarının hazırlanmasında iştirak etmək, təsdiq edilmiş plana uyğun olaraq nəzarət tədbirlərini həyata keçirmək;
  • Texniki xidmət və təmir işlərinin fasiləsiz icrası üçün tələb olunan ehtiyat hissələrinin, alət və avadanlıqların planlı şəkildə təmin edilməsini təşkil etmək və nəzarətdə saxlamaq;
  • Məsul olduğu sahələr üzrə planlaşdırılmış və icra edilmiş işlər barədə müəyyən edilmiş qaydalara uyğun olaraq rəhbərliyə mütəmadi hesabatların hazırlanmasını və təqdim edilməsini təmin etmək;

Tələblər

  • Havalandırma sistemlərinin avtomatikası, havalandırma, isitmə və soyutma sistemləri üzrə minimum 5 il iş təcrübəsi;
  • Müvafiq sahə üzrə orta-ixtisas təhsili (texniki sahə üzrə);
  • MS Office proqramları üzrə istifadə bacarığı;
  • İngilis dili biliyi arzuolunandır;
  • Komanda ilə işləmək bacarığı.