Hazır məhsul üzrə keyfiyyətə nəzarət avadanlıqları operatoru
Glassica
Ə/h razılaşma ilə
1346
Növbəli iş
Sumqayıt,
Azərbaycan
08/05/2026
-
22/05/2026
İş haqqında məlumat
- Inspection aparatının gündəlik işə hazırlanması və düzgün istismarının təmin edilməsi;
- Yeni butulka formatına keçid zamanı “changeover” prosesinin həyata keçirilməsi;
- Kamera, sensor və işıqlandırma sistemlərinin düzgün işləməsinə nəzarət edilməsi;
- Butulkanın ölçü və modelinə uyğun olaraq parametrlərin, kamera və sensor sazlamalarının dəyişdirilməsi;
- Kiçik texniki nasazlıqların ilkin diaqnostikasının aparılması və aradan qaldırılması;
- Təhlükəsizlik və keyfiyyət standartlarına riayət olunması;
- Qüsurlu məhsulların aşkarlanaraq aidiyyəti şöbələrin məlumatlandırılması;
- Texniki xidmət komandası ilə koordinasiyalı şəkildə işləmək.
İş şəraiti:
- İş qrafiki: növbəli iş qrafiki;
- İş yeri: Sumqayıt şəhəri;
- Nahar əvəzi əlavə ödəniş;
- Servis xidməti mövcuddur.
Tələblər
- Texniki və ya laboratoriya sahəsi üzrə təhsil;
- İstehsalat sahəsində operator kimi iş təcrübəsi arzuolunandır;
- Məsuliyyətli, dəqiq və operativ olmaq;
- Növbəli iş rejimində işləmək imkanı;
- Komandada işləmək bacarığı;
- Kompüterdən baza səviyyəsində istifadə bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.