Glassica

Hazır məhsul üzrə keyfiyyətə nəzarət şöbəsinin müdiri

Glassica
1200 - 1500 ₼
183
Tam iş günü
Sumqayıt, Azərbaycan
19/09/2026 - 03/10/2026

İş haqqında məlumat

İş şəraiti

  • Əmək haqqı: 1200–1500 AZN
  • İş qrafiki: Tam iş günü
  • İş yeri: Sumqayıt şəhəri
  • Təcrübə: Laboratoriya sahəsində 2 ildən az olmayaraq iş təcrübəsi

Əsas vəzifə öhdəlikləri

  • Qablaşdırma və daşınma öncəsi hazır şüşə məhsullarının həndəsi ölçülərinə (qalınlıq, uzunluq, en, dioqanal), kənar düzlüyünə və səth təmizliyinə vizual və instrumental nəzarəti təşkil edir.
  • Temperləmə peçindən və ya emal xəttindən çıxan şüşələrin mexaniki möhkəmlik və qəlpələnmə testlərinin qrafikə uyğun aparılmasını təmin edir
  • Optik təhriflərə, daxili qüsurlara və örtük (coating) qatlarına malik qüsurlu şüşə məhsullarının vaxtında aşkar edilərək brak zonasında təcrid olunmasına nəzarət edir
  • Hazır məhsul anbarına təhvil verilən şüşə məhsullarının (kassa, piramida və ya xüsusi taralarda) yığılma və markalanma qaydalarına uyğunluğunu yoxlayır.
    Məhsulun daşınması zamanı zədələnməməsi üçün istifadə olunan qablaşdırma materiallarının və araqqatların (mantar, kağız və s.) keyfiyyətini izləyir
  • Xarici və daxili müştərilərdən şüşənin qırılması, cızılması və ya ölçü uyğunsuzluğu ilə bağlı daxil olan reklamasiyaları araşdırır və korrektiv tədbirlər görür.
  • Laboratoriyanın fəaliyyətinə dair tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə.
  • Tabeçiliyində olan işçilərdən verilən tapşırıqları yerinə yetirməyi, daxili nizam-intizam qaydalarına riayət etməyi tələb etmək.
  • Laboratoriyasının qarşısında qoyulmuş vəzifə və funksiyaları yerinə yetirmək üçün zəruri olan sənədləri müvafiq struktur bölmələrindən tələb etmək.

Tələblər

  • Kimya, kimya mühəndisliyi, neft-kimya və ya uyğun texniki sahə üzrə ali təhsil;
  • İstehsalat laboratoriyası təcrübəsi üstünlükdür
  • Laboratoriya cihazları, texniki sənədlər, spesifikasiyalar və analiz nəticələri ilə sərbəst işləmək bacarığı;
  • Laboratoriya fəaliyyətinin və komandanın idarə olunması üzrə real praktiki təcrübə

Şirkət təklif edir:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
  • Servis xidməti;
  • Nahar əvəzi ödəniş.