Chenot Palace

Həkim-Dermatoloq

Chenot Palace
Ə/h razılaşma ilə
203
Tam iş günü
Qəbələ, Azərbaycan
01/06/2026 - 15/06/2026

İş haqqında məlumat

  • Qonaqların tibbi vəziyyətini klinik müayinə, anamnez, laborator nəticələr və digər diaqnostik üsullar əsasında qiymətləndirmək.
  • Tibbi standartlara və Chenot prosedurlarına uyğun olaraq dermatoloji konsultasiya vermək, diaqnoz qoymaq və müvafiq müalicə və profilaktika planlarını müəyyən etmək.
  • Dermatoloji baxımdan əks göstərişləri müəyyən etmək və müalicə və əlaqəli prosedurlar üzrə tövsiyələr vermək.
  • Qonaqların vəziyyətini izləmək və zərurət yarandıqda müalicə planlarına dəyişikliklər etmək.
  • Qonaqlara kompleks tibbi xidmət göstərilməsi və müalicənin davamlılığının təmin edilməsi məqsədilə digər həkimlər və tibb mütəxəssisləri ilə əməkdaşlıq etmək.
  • Peşəkar səlahiyyətləri çərçivəsində orta və kiçik tibb heyətinə rəhbərlik etmək və dəstək göstərmək.
  • Tibbi sənədlərin düzgün aparılmasını təmin etmək, məxfiliyi, peşəkar etik davranışı və yüksək xidmət standartlarını qorumaq.
  • Dəri sağlamlığı, profilaktik səhiyyə və sağlam həyat tərzi ilə bağlı maarifləndirmə və tövsiyələr vermək.

Şərtlər

  • Əmək Məcəlləsinə uyğun iş təmin olunur.
  • Şirkət tərəfindən yaşayış yeri, nəqliyyat dəstəyi, gündəlik yemək təmin edilir.
  • Dərəcəyə uyğun əlavə imtiyaz və üstünlüklər təqdim olunur.

Qeyd - Bu vəzifə üzrə yalnız yerli namizədlər müraciət edə bilərlər.

Tələblər

  • Ali tibb təhsili və Dermatologiya üzrə ixtisas.
  • Dermatoloq kimi minimum 3 il klinik iş təcrübəsi.
  • Qanunvericiliyin tələblərinə uyğun tibbi fəaliyyət göstərmək hüququ verən etibarlı ixtisas və sertifikat sənədləri.
  • Dermatoloji diaqnostika, müalicə, reabilitasiya və profilaktika sahəsində güclü biliklər.
  • İngilis dili yaxşı səviyyədə, Rus dili üstünlükdür.
  • Güclü ünsiyyət, komanda işi və problem həll etmə bacarıqları.
  • Microsoft Office bilikləri və tibbi sənədlərlə işləmək bacarığı.

Müraciət etmək istəyən namizədlər linkə daxil olsun: https://forms.gle/YQWjX5yGbyHrsuLv9

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar