Bakı,
Azərbaycan
15.09.2025 03:07
-
15.10.2025 12:00
İş haqqında məlumat
- Ürək-damar sisteminin xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olmaq;
- Pasiyentlərin vəziyyətini qiymətləndirərək effektiv müalicə planı hazırlamaq;
- Pasiyentlərin ürək-damar sisteminə aid şikayətlərini dinləmək, tibbi tarixçəsini toplamaq;
- Lazımi diaqnostik müayinələri (EKQ, EKO, stress testləri və s.) aparmaq və nəticələrini təhlil etmək;
- Müalicə protokolları və dərman təyinatları hazırlamaq, dərman terapiyasını izləmək;
- Xəstələrin sağlamlıq vəziyyətinə nəzarət etmək, müalicə prosesini izləmək və gərəkli hallarda müvafiq mütəxəssislərə yönləndirmək;
- Profilaktik tədbirlər barədə pasiyentləri məlumatlandırmaq və məsləhətlər vermək;
- Təcili vəziyyətlərdə ilkin yardım göstərmək və müvafiq cərrahiyə müdaxiləsi tələb edən hallarda ürək cərrahına müraciət etmək;
- Tibb etikası və pasiyent hüquqlarına hörmətlə yanaşmaq;
- İş zamanı sanitar-gigiyenik normalara əməl etmək;
- Sağlamlıq təhlükəsizliyi qaydalarını təmin etmək.
Digər tələblər:
- Azərbaycan dili (yazılı və şifahi) biliyi mütləqdir;
- Xarici dil bilikləri üstünlükdür (rus dili);
- Kompüter bilikləri (elektron tibbi sənədləşmə proqramlarından istifadə bacarığı);
- Namizədlərin Gəncə şəhəri və ətraf rayonlarda olması daha uyğundur.
Uyğun namizədlər CV-lərini Müraciət Et düyməsində göstərilən mail ünvanına yönləndirə bilərlər.
Tələblər
- Tibb üzrə ali təhsil (müvafiq ixtisas – kardiologiya) diplomu;
- Kardioloq ixtisası üzrə sertifikat və ya attestasiya sənədi;
- Kardiologiya sahəsində iş təcrübəsi (adətən 2 ildən az olmamaq şərti ilə);
- Ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi haqqında geniş bilik;
- Diaqnostik avadanlıqlardan (EKQ, EKO, stress testləri və s.) istifadə bacarığı;
- Məsuliyyətli və diqqətli olmaq;
- Komanda ilə işləmək bacarığı;
- Pasiyentlərlə düzgün kommunikasiya qurmaq qabiliyyəti;
- Stressə davamlılıq və soyuqqanlılıq;
- Əxlaqi və etik normalara riayət etmək.