Mint Services MMC

Həkim-Terapevt

Mint Services MMC
1200 ₼
3813
Tam iş günü
Bakı, Azərbaycan
05/02/2026 - 19/02/2026

İş haqqında məlumat

  • Təhkim olunmuş ərazi üzrə pasiyentlərə ambulator tibbi xidmət göstərmək
  • Pasiyentlərin ilkin müayinəsini aparmaq, diaqnoz qoymaq və müalicə planı tərtib etmək
  • Xəstəliklərin erkən aşkarlanması və profilaktik tədbirlərin həyata keçirilməsi
  • Sanitar-gigiyenik maarifləndirmə işlərini aparmaq
  • Pasiyentlərə sağlam həyat tərzi ilə bağlı tövsiyələr vermək
  • Tibbi göstərişlər əsasında pasiyentləri müvafiq ixtisaslı həkimlərə və stasionar müalicəyə yönləndirmək
  • Ambulator və gündüz stasionarı şəraitində müalicəni təşkil və icra etmək
  • Tibbi sənədləşməni və hesabatlılığı müəyyən olunmuş qaydalara uyğun aparmaq
  • Orta tibb personalı ilə koordinasiyalı işləmək
  • Öz fəaliyyətini planlaşdırmaq və nəticələrini təhlil etmək
  • Müəssisə rəhbərliyinin əmr və tapşırıqlarını vaxtında və peşəkar səviyyədə icra etmək
  • Daxili intizam, sanitariya-epidemioloji rejim, yanğın və təhlükəsizlik qaydalarına riayət etmək

Təminatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • İş yeri: Bakı şəhəri;
  • İş qrafiki: 6 günlük;
  • Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
  • Əmək haqqı: 1200 AZN.

Qeyd: Layihənin müddəti 4 aydır.

Tələblər

  • Tibb ixtisası üzrə ali təhsil
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi
  • Sertifikasiya imtahanından keçmiş olmalı
  • Terapiya sahəsi üzrə qüvvədə olan sertifikatın olması vacibdir
  • Etibarlı kommunikasiya və məsuliyyətlilik
  • Tibbi etikaya riayət 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.