hrin.az
Reklam
AQA Şirkətlər Qrupu

Hesabatlar üzrə mütəxəssis — Reporting Specialist

AQA Şirkətlər Qrupu

Əmək haqqı: Razılaşma

56219 noyabr 2026
Təcrübə1-3 il
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliYaxşı
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Vakansiya: Maliyyə üzrə Analitik

Vəzifə öhdəlikləri:

  • Şirkətin maliyyə və kredit portfeli üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması və təhlil edilməsi;
  • Maliyyə göstəricilərinin təhlili, kənarlaşmaların, uyğunsuzluqların və potensial risklərin müəyyən edilməsi;
  • Kredit portfelinin keyfiyyətinin, gecikmiş kreditlərin (PAR), problemli kreditlərin (NPL) və digər əsas risk göstəricilərinin izlənilməsi və qiymətləndirilməsi;
  • Maliyyə və əməliyyat məlumatlarının düzgünlüyünün yoxlanılması, hesabatlarda aşkar edilən səhvlərin səbəblərinin araşdırılması;
  • Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və təkrarlanmaması üçün düzəliş və təkmilləşdirmə təkliflərinin hazırlanması;
  • Faktiki göstəricilərin əvvəlki dövrlər və plan göstəriciləri ilə müqayisə edilməsi, dəyişikliklərin səbəblərinin təhlili;
  • Rəhbərlik üçün analitik hesabatların hazırlanması, əsas risklərin və zəruri tədbirlərin təqdim edilməsi;
  • Müvafiq struktur bölmələri ilə əməkdaşlıq edərək aşkar edilmiş problemlərin həlli prosesinin izlənilməsi.

Namizədə tələblər:

  • Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili sahəsində minimum 2 il iş təcrübəsi;
  • Maliyyə göstəricilərini təhlil etmək, uyğunsuzluqları və riskləri müəyyənləşdirmək bacarığı;
  • Kredit portfelinin əsas göstəriciləri, o cümlədən PAR və NPL üzrə biliklər;
  • MS Excel proqramında sərbəst işləmək, mürəkkəb formullar, Pivot Table və məlumatların təhlili alətlərindən istifadə bacarığı;
  • Problemlərin səbəblərini müəyyənləşdirmək və əsaslandırılmış həll yolları təklif etmək bacarığı;
  • Bank, BOKT və ya digər maliyyə təşkilatlarında iş təcrübəsi üstünlükdür;
  • Analitik düşüncə, dəqiqlik və müstəqil işləmək bacarığı.

Reklam